Belarus 12 ukraynalı diplomata 72 saat ərzində ölkəni tərk etməyi “təklif edib”, yalnız səfir və digər 4 əməkdaşın işləməsinə icazə veriləcək.

Tezadlar.az bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. Faktı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko mediaya şərhində təsdiqləyib. “Bir neçə il ərzində Ukraynanın Belarusla dövlətlərarası münasibətləri məsuliyyətsiz şəkildə pozmağa yönəlmiş çoxsaylı qeyri-dost hərəkətləri ilə müşaiyət olunub. İş o yerə çatıb ki, Ukrayna hakimiyyəti Belarusun bu mənada daxili işlərinə qarışmağa və məsələlərə aydınlıq gətirməyə məcbur oldu... O ki qaldı dünənki təxribata, bunun davamı olaraq, bu gün Belarus tərəfi Ukraynanın Minskdəki səfirliyinin işçilərinin ixtisar edildiyini və Ukraynanın Brestdəki konsulluğunun bağlandığını elan edib. 12 ukraynalı diplomata 72 saat ərzində Ukraynanın ərazisini tərk etmək əmri verilib. Biz Belarusun bu cür hərəkətlərini Ukraynaya qarşı daha bir səbəbsiz qeyri-dost addımı kimi qiymətləndiririk. Ukrayna Belarusun hərəkətlərini lazımi cavabsız qoymayacaq, bu barədə sonra məlumat verəcəyik. Bəzi ukraynalı diplomatlar getdikdən sonra Ukraynanın Minskdəki səfirliyi səfir İqor Kizimin rəhbərlik etdiyi ixtisar olunmuş ştatla fəaliyyət göstərəcək”.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN