Prezident vurğulayıb ki, müharibə ayı ərzində Rusiya şəhərlərimizə mindən çox müxtəlif raketlər atıb, yüzlərlə hava hücumu edib.

Ukrayna prezidenti Vladimir Zelenski Şimali Atlantika Alyansına Rusiya işğalçılarına müqavimət göstərmək üçün hərbi yardım göstərilməsi xahişi ilə müraciət edib. Tezadlar.az bildirir ki, bu barədə o, NATO sammitində çıxışı zamanı bildirib. Sitat: 
"İşğalın elə ilk saatları bizim üçün amansız raket zərbələri demək idi. Müharibə ayı ərzində Rusiya şəhərlərimizə mindən çox müxtəlif raketlər atdı. Yüzlərlə hava hücumu həyata keçirdi. Hələ fevralın 24-də mən üz tutub başa düşülən, məntiqli bir xahişlə dedim ki, Səmamızı bağlamağa kömək edin, bizi rus bombalarından və raketlərindən qoruyun. Aydın cavab eşitməmişik. Ukraynanın güclü anti-raket silahları yoxdur. Çox kiçik hərbi hava qüvvələri var. Deməli, Rusiyanın səmada üstünlüyü kütləvi qırğın silahlarından istifadə etmək kimidir. Siz bunun nəticələrini görürsünüz - nə qədər insan həlak olub, nə qədər dinc şəhərlər dağıdılıb”, - dövlət başçısı bildirib.
O vurğulayıb ki, Ukrayna ordusu artıq bir aydır ki, qeyri-bərabər şəraitdə müqavimət göstərir. "Mən artıq bir aydır ki, sizə təkrar müraciət edirəm. İnsanları və şəhərlərimizi xilas etmək üçün Ukraynaya hərbi yardım lazımdır - məhdudiyyətsiz. Rusiya məhdudiyyətsiz olduğu kimi, bizə qarşı bütün arsenalından istifadə edir. Bütün canlıları məhv edir. İstənilən obyekt - yaşayış binalarından kilsələrə, ərzaq anbarlarından universitetlərə, körpülərdən xəstəxanalara qədər. Ukrayna sizdən təyyarə istədi ki, bu qədər insan itirməyək. Sizin minlərlə döyüş təyyarəniz var. Amma bir dənə də olsun vermədilər. Tank istədik. Şəhərlərimizi blokadaya sala bilək. Mariupol, Berdyansk, Melitopol... Rusiyanın yüz minlərlə insanı girov saxladığı şəhərlər süni şəkildə aclıq yaşayır. Sizin ən azı 20 min tankınız var. Ukraynaya tanklarınızın faizini verin. Bizə verin və ya satın. Amma dəqiq cavab almadıq”, - deyə Zelenski bildirib.
Onun fikrincə, bu, müharibə zamanı ən pis şeydir - kömək üçün müraciətlərə aydın cavabların olmaması... "Ukrayna heç vaxt bu müharibəni istəməyib. Və o, illərlə döyüşmək istəmir. Biz sadəcə öz xalqımızı xilas etmək istəyirik... Hər bir xalq kimi bizim də buna haqqımız var. Yaşamaq hüququmuz var. O bir faiz haqqı. Mən NATO-nu qınamıram. Sizin günahınız deyil. Şəhərlərimizi məhv edən sizin raket və bombalarınız deyil. Bu gün fosfor bombaları var idi. Böyüklər və uşaqlar öldürüldü.Sadəcə, bilmək istəyirəm ki, Alyans hələ də ukraynalıların ölümünün qarşısını ala bilər. Rusiya bizə lazım olan bütün silahlarla zərbələr endirir”, - prezident deyib.

HATO sammitindən hələki son qərar yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN