M.Qəhrəmanlı: «Azər Tağıyev Vəkillər Kollegiyasının sədri olarkən idarə və müəssisələrdə vəkillərin hüquqşünas kimi çalışmasına icazə verilmirdi…»

 Azərbaycan Konstitusiyasına görə, məhkəmə hakimiyyəti mövcuddur. Yəni, sadə dildə desək, məhkəmə qərarı onu icra etməlilərin birinci vəzifəsidir. Və məhkəmə qərarı müzakirə edilmədən icra olunur. «Təzadlar»a daxil olan şikayət məktublarından isə bəlli olur ki, SOCAR-da vəziyyət o mənada problemlidir. Elə bu sualla da Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət etdik:

-Bilirsiniz, müəssisə, təşkilat və digər hüquqi şəxsləri qanuna görə birinci və apellyasiya instansiyası məhkəmələrində qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri təmsil etməlidir. Qeyd olunan qurumları Ali Məhkəmədə isə həmin şəxslərlə birlikdə vəkillər də təmsil edə bilərlər. Bu qanunda belə yazılıb. Yəni, bu halda vəkilin iştirakı olduqda da həmin nümayəndələrin təmsil etmək hüququ vardır. SOCAR strukturuna daxil olan birlik, idarə və müəssisələrin hərəsində azı 4-5 nəfər hüquqşünas çalışan ayrıca hüquq şöbələri var. SOCAR-ın isə 20-dən yuxarı hüquqşünası çalışan Hüquq idarəsi də (əvvəl şöbə, sonra departament, sonra hüquq idarəsi oldu) var. Bu qurumlarda çalışan bəzi hüquqşünasların vəkillik statusu da var, yəni onlar həm də Azərbaycan Vəkillər Kollegiyasının üzvüdürlər. Bununla belə, əksər idarə və müəssisələr müəyyən Vəkil büroları ilə müqavilə bağlayıb, hüquqi xidmət alırlar. Bizim təşkilatımıza daxil olan bir neçə sənəddə və müşahidə etdiyimiz məhkəmə proseslərində birinci və apellyasiya məhkəmələrində də görürük ki, SOCAR-ı həm hüquqşünas, həm də vəkil təmsil edir. Bizə daxil olan rəsmi məlumatda həm də qeyd olunur ki, SOCAR strukturuna daxil olan Birlik, idarə və müəssisələrin müvafiq hüquq firmaları ilə müqavilə bağlaması "yuxarının" tapşırığı ilə məcburi xarakter daşıyır. Mən dəfələrlə SOCAR rəhbərliyinə sualla müraciət etmişəm ki, ştatınızda, yəni maaşlı büdcənizdə çoxsaylı hüquqşünaslarınız varsa, əlavə ödəniş edərək kənardan vəkil xidməti almaq nəyə lazımdır? Bəlkə hüquqşünaslarınız kifayət qədər peşəkar deyil?- kimi sual öz-özlüyündə ortaya çıxır. Bildiyim qədər Azər Tağıyev Vəkillər Kollegiyasının sədri olarkən idarə və müəssisələrdə vəkillərin hüquqşünas kimi çalışmasına icazə verilmirdi. İndi bu şərtlər tamamilə pozulub. Məhkəmə qərarlarının icrasına gəlincə, bu sahədə problemlər hələ də qalmaqdadır…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN