Rusiya Ukraynada daha çox qeyri-insani əməllər törətdikcə, dünya dövlətləri də Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edir.
Artıq Rusiya iqtisadiyyatı çətin durumdadır. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə yenidən beynəlxalq ictimaiyyətə müraciət edib və müharibənin ölkəsinin sərhədlərindən kənara çıxmaması üçün tədbirlər görülməsini çağırış edib. Ukrayna KİV-ləri yazır ki, nazir özünün tvitter səhifəsində belə yazıb. Sitat: “Bunun yeganə yolu bizə hərtərəfli kömək etməkdir. Kremlə qarşı sanksiyalar mümkün qədər çox olmalıdır. Bu hadisələri dayandırmaq üçün bizə dəstək verin”.
Rusiyanın Ukraynanın Buça şəhərindəki qətlləri barədə isə Türkiyənin bütün TV-ləri geniş reportajlara hakimdir. Bu hərbi cinayətlərlə bağlı Avropa İttifaqının komissiyası işə başlayıb.
Sevinc MURADXANLI