Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində törətdiyi qətliam dünyanın müzakirə etdiyi ən dəhşətli və sarsıdıcı hadisə, hərbi cinayət əməlidir...

Avropa ölkələri artıq bu əmələ görə Rusiyanı və Putini hərbi cinayətkar adlandırıb. ABŞ prezidenti Bayden isə Putini "barbar" kimi təqdim etmişdi... Bu gün isə Buça şəhərinin meri Anatoli Fedoruk bildirib ki, şəhərdə tapılan cəsədlərin sayı hər gün artır və onların demək olar ki, hamısı güllələnib.Tezadlar.az "Ukrainskaya pravda"ya istinad edərək bildirir ki, mer "DW"-yə müsahibəsində belə deyib: "Dünən axşama olan məlumata görə (aprelin 6-sı - red.) 320 mülki şəxs olub. Mütəxəssislər - kriminal ekspertlər, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda meyitlərlə işləyirlər, lakin tapılan cəsədlərin sayı hər gün artır. Çünki onlar şəxsi mülklərdə, parklarda, meydanlarda, top atəşi olmayanda cəsədləri basdırmaq mümkün olan yerlərdə tapılır. İnsanlar ölüləri itlər aparmasın deyə basdırmağa çalışırdılar. İndi icmanın kəndlərində belə müvəqqəti dəfnlərdə hər gün yeni cəsədlərə rast gəlirik".

Qeyd edək ki, jurnalistin aydınlaşdırıcı sualına cavab olaraq ölənlərin əsasən edamlar və ya artilleriya atəşi olmaması nəticəsində baş verdiyini deyən mer deyib: "90%-i qəlpə deyil, güllə yarasıdır”.
Xatırladaq ki, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) işğalçıların Buçada dinc əhalinin qətliamını fəxrlə müzakirə edən rus ordusunun radio dinləmələrini ələ keçirib. İstintaq hazırda bunun üzərində işləyir...

Min dəfə təəssüflər olsun! Meyitlər arasında qoca, uşaq və çılpaq qadın cəsədlərini görmək dəhşətlidir!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN