Rusiya Bakı və Yerevan arasında sülh sazişinin bağlanmasına kömək etmək əzmindədir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında sülh sazişinə hazırlıq barədə KİV-in sualını cavablandırarkən bildirib.

“Bundan əvvəl qeyd etdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi baza prinsipləri və buna Yerevanın reaksiyası sülh sazişi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanğıcı üçün əsas olacaq. Bu mövzu cari il aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışıqlarında, eləcə də bir gün əvvəl RF-nin xarici işlər naziri Sergey Lavrovun Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlarda və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı müzakirə edilib. Rusiya Yerevan və Bakı arasında sülh sazişinin bağlanmasına kömək etmək əzmindədir”, - deyə M.Zaxarova qeyd edib. Cavabın mətni RF XİN-in saytındadır.

Rusiya XİN-in rəsmi nümayəndəsi xatırladıb ki, fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıblar.

“Halbuki, Cənubi Qafqazda real vəziyyət danışıqlar fasiləsinə yol vermir. Regionda uzunmüddətli sülhün və sabitliyin bərpası üzrə bundan sonrakı ardıcıl addımlar tələb olunur”, - deyə M.Zaxarova bildirib.

“Bununla bağlı xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni qisimdə - məhz Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılmasına kömək məsələləri üzrə xüsusi nümayəndəsi kimi öz işini davam etdirəcək. Adıçəkilən sülh sazişinə hazırlıq mövzusu onun diqqət mərkəzində olacaq. Bakı və Yerevandakı müttəfiqlərimizin və tərəfdaşlarımızın İ.Xovayevin səylərini dəstəkləyəcəklərinə ümidvarıq. Biz maraqlı olan digər ölkələrin konstruktiv qarşılıqlı fəaliyyəti üçün açığıq”, - deyə Rusiya XİN-də qeyd ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN