Xəbər verildiyi kimi, bu gün Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayı keçirilir...

Bu tarixi hadisəyə bütün türk dünyası şahidlik edir. türkiyə TV-ləri Şuşadan sevinclə xəbərlər paylaşırlar və bu tarixi hadisəni dünyaya yayırlar. Qurultayda çıxış edən Prezident İlham Əliyev "1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu", -deyərək dünyaya mesaj verdi. Sitat: “Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edib. Ona görə, bax, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”.

Bəli, düşmən həmişə oyaqdır və fükt xəbərləri və digər yalanları ilə dünyanı aldatmağından qalmayacaq. Bizim isə borcumuz budur ki, bu tarixi faktları daim ictimailəşdirməklə dünyanı öz həqiqətlərimizə-tarixin faktlarına inandıraq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN