Ukrayna-Rusiya müharibəsinin qızğın çağında G20-nin rəhbəri və İndoneziya prezidenti Coko Vidodo Ukrayna rəhbəri Vladimir Zelenskini G20 sammitində iştirak etməyə dəvət edib. 

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Prezident Zelenski özünün Twitter səhifəsində yazıb. Sitat: “İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar aparıb. Suverenlik və ərazi bütövlüyü dəstəyinə, xüsusən də BMT-də aydın mövqeyinə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələsini müzakirə etdik. G20 sammitində iştirak etmək üçün dəvətə görə də minnətdaram”.
Rusiya da G20 ölkələrindən biridir. Putinin bu sammitdə iştirakı isə dəqiqləşdirilir... İmtina da ola bilər, -deyə bəzi KİV-lər yazır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN