BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Quterreş bu barədə tviter hesabında məlumat yazıb. Sitat: “Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsini təmin etmək üçün işimizi davam etdirəcəyik. Bu müharibə nə qədər tez başa çatsa, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, - Quterreş qeyd edib.
Ukrayna sosial platforma istifadəçiləri isə yazır ki, BMT-nin baş katibi Ukraynaya gəlməkdə çox gecikdi. o, müharibə başlayanda gəlməli idi..
Bütün hallarda, BMT-nin baş katibinin Ukraynaya gəlişi Ukraynaya böyük dəstəkdir. Artıq Kiyevdə 30-a yaxın xarici ölkələrin diplomatik korpusları öz işinə qayıdıb. Bu isə o deməkdir ki, Rusiya Kiyevdən əlini üzüb...
A.Məmmədli