Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ordusu Ukraynadakı hərbi əməliyyatları 9 May Qələbə Gününə kimi uğurla başa vura bilməyəcək...
Nazir eyni zamanda, bildirib ki, Moskva Ukraynanın könüllü şəkildə müqavimətə son qoymasını istəyir... Tezadlar.az "RİA Novosti"yə istinadla bildirir ki, Lavrov İtaliyanın "Mediaset" televiziyasına müsahibəsində belə deyib. Lavrov onu da əlavə edib ki, Ukrayna ərazisində hücumun sürəti hansısa əlamətdar “tarixlərdən asılı deyil” və o, Putinin “xüsusi əməliyyatı”nın Ukraynadakı uğursuzluğunu guya Rusiya ordusunun “istənilən hərəkatı minimuma endirməsi” ilə izah etməyə çalışıb. Guya Putin hər an Ukrayna vətəndaşları və Rusiya hərbçiləri üçün riskləri nəzərə alıb. Sitat: “Sovet İttifaqında belə bir ənənə var idi - hansısa bayram günü üçün böyük, yüksək səslə nəsə etmək məcburiyyətində olurdular” və 2022-ci il mayın 9-na kimi Rusiya ordusunun belə bir şey etməyəcəyi qətidir... Rusiya tərəfindən bloklanan Mariupol sakinləri Azovstalın zirzəmilərində rus ordusunun bombardmanlarından gizlənən Lavrov, ehtimal ki, “Qərb zabitləri və muzdluları” adlandırıb.
Lavrov prezident Vladimir Zelenski haqqında da danışıb. Onun sözlərinə görə, Rusiya tərəfi Zelenskidən təslim olmağı tələb etmir, ondan orduya və ukraynalılara “müqaviməti dayandırmaq” əmrini verməsini tələb edir.
Lavrovun bu söylədikləri isə sosial mediada gülməli tezislərin müəllifi kimi qeyd edilib. Halbuki Rusiya mediası da Putinin əsas planının əvvəlcə 72 saata, sonra isə 9 maya kimi Zelenski hakimiyyətini devirmək olduğunu yazıb. Necə deyərlər, sən saydığını say, gör ABŞ və Qərb nə sayır...
A.Məmmədli