"Avropa Komissiyasının Ukraynaya namizəd statusu ilə bağlı gəldiyi qənaəti alqışlayıram, bu, bizi qələbəyə yaxınlaşdıracaq ilk addımdır".

Bu sözlər Ukrayna prezidenti Vladimir Zelenskiyə məxsusdur. Prezident Avropa Komissiyasının bu günkü müsbət rəyinə münasibət bildirən zaman deyib. Zelenski deyib ki, Avropa Şurası gələn həftəyə planlaşdırılan iclasda müsbət qərar qəbul edəcəyinə də ümid edir: “Bu tarixi qərara görə Ursula fon der Leyenə və Avropa Komissiyasının hər bir üzvünə minnətdaram. Gələn həftə Avropa Şurasından müsbət nəticə gözləyirik”.

Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusunun verilməsini tövsiyə edib, Gürcüstanla bağlı isə konkret şərtlər yerinə yetirildikdən sonra məsələyə yenidən baxılacağını bildirib. Gürcüstan isə bu qərarı səbrsizliklə gözləyir. Bütün yollar isə Rusiyanın əsəblərinin tarıma çəkilməsinə görə edilir.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN