Bu gün NATO Bosniya və Herseqovina, Gürcüstan və Moldova Respublikası da daxil olmaqla tərəfdaşlara uyğunlaşdırılmış siyasi və praktiki dəstəyi artırmaq üçün yeni tədbirlər haqqında qərar qəbul edib.
Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə NATO-nun Madriddəki sammitində qəbul edilən bəyannamədə bildirilib. “Biz onlarla birlikdə çalışacağıq ki, onların bütövlüyü və möhkəmliyini, imkanlarını inkişaf etdirək və siyasi müstəqilliklərini qoruyaq. Biz həmçinin Cənubdan olan tərəfdaşlara potensialın gücləndirilməsi üzrə dəstəyimizi artıracağıq”, - deyə sənəddə qeyd olunub.
Baş verənlər Rusiyanın Ukraynaya təcavüzünün məhsuludur, NATO-ya üzv ölkələr indiyədək Rusiyaya qarşı bu qədər aqressiv olmamışdı.
A.Məmmədli