Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Tezadlar.az bildirir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Uilyam Kollama Frensis Konnor və David Rum laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək. İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN