Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu keçirilib.
Tezadlar.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
“Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
“Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın 87-ci dəqiqəsində oyunda üçüncü qol vurulub. İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, xeyriyyə görüşü “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edəkki, görüşdən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.