"Zenit"in milliləşdirilmiş forvardı Klaudinyo Rusiya və Braziliya yığmaları arasında seçim edib.

Tezadlar.az-ın məlumatına görə, futbolçu Rusiya millisində oynamaq haqda düşünmədiyini bildirib.

O qeyd edib ki, milli komandada oynamağa layiq çoxlu istedadlı və keyfiyyətli rusiyalı idmançılar var.

“Braziliya millisində oynamaq mənim məqsədim olaraq qalır. Əminəm ki, hər şey yalnız məndən və klubda oynayarkən özümü necə sübut edəcəyimdən asılıdır”, - deyə Klaudinyo vurğulayıb.

Klaudinyonun vətəndaşlığının Rusiyaya dəyişdirilməsi fevralın 24-də məlum olub. 2021-ci ildən "Zenit"də çıxış edən futbolçu klubu ilə birlikdə Rusiya çempionu və ölkə Superkubokunun sahibi olub. Bu mövsüm o, bütün yarışlarda üç qol vurub və doqquz məhsuldar ötürmə edib.

28 fevral 2022-ci ildə Beynəlxalq Futbol Federasiyası və Avropa Futbol Assosiasiyaları İttifaqı Rusiya komanda və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Yerli komandalar avrokuboklarda oynamır, Rusiya komandası isə 2022-ci il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparmaq imkanından məhrum edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN