Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Tezadlar.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu qəbul edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust

22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr)

22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya)

22:30. PSV (Niderland) - "Şturm" (Avstriya)

22:45. AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

22:45. "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç)

23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya)

Qeyd edək ki, bu raundun digər 3 oyunu avqustun 9-da keçiriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN