Cənubi Amerika zonasında 2026-cı il dünya çempionatının mərkəzi seçmə mərhələsində Argentina səfərdə Braziliyanı 1:0 hesabı ilə məğlub edib.
Tezadlar.az xəbər verir ki, Rio-de-Janeyrodakı görüş azarkeşlər arasında baş verən davaya görə dağılmaq vəziyyətinə gəlib. Beləki, tribunada azarkeşlər arasında toqquşma başlayıb, dava düşüb. Polis dəyənək və gözyaşardıcı qazdan istifadə edərək müdaxilə etməli olub.
Qonaqların kapitan Lionel Messi komandasını soyunub-geyinmə otağına apardıqdan sonra vəziyyət gərginləşib. Ancaq yarım saat sonra nəhayət ki, matç başlayıb.
Təbii ki, baş verənləri nəzərə alsaq, matç döyüş oyununu xatırlatdı, çünki stadionda real futboldan daha çox döyüş var idi. Hər şeyi ikinci hissənin ortalarında “Albiseleste”nin müdafiəçisi Nikolas Otamendinin vurduğu qol həll edib.
Bu möhtəşəm rəqabətin 111-ci görüşündə Argentina Braziliyaya qalib gəlib.
Qələbə sayəsində Messi və komandası 15 xalla sıralanma cədvəlinə başçılıq ediblər. Öz növbəsində, ardıcıl 3-cü məğlubiyyətə uğrayan braziliyalılar cəmi 7 xalla altıncı yerdədir.
E.ŞİRİNOV