booked.netbooked.net booked.net  

Əfsanəvi amerikalı boksçu, ağır çəki dərəcəsində (91 kq-dan) mütləq dünya çempionu Mayk Tayson boyunun cəmi 178 santimetr olduğuna baxmayaraq, ağır çəki dərəcəsində üstünlüyünün səbəblərini pərəstişkarları ilə bölüşüb (championat.com).

“Sürət, partlayıcı güc və dözümlülük. Daha az çəkidə boksçu kimi hərəkət edən ağır çəkidə olduğumu xatırlayıram. Bundan əlavə, ayaq hərəkətlərini qeyd edəcəm. Ayaqla işləmək yüksək döyüşçü olmağın açarıdır”, - deyə Tayson Snapchat-da bildirib.

 Taysonun ilk ağır çəkidə titulu 1986-cı ildə qazandığı WBC kəməri olub və o, Ceyms Smit və Toni Taker üzərində qələbələrdən sonra 1987-1990-cı illərdə WBA və IBF kəmərlərinə sahib olub. 1989-1990-cı illərdə Tayson The Ring jurnalına görə çəki dərəcəsindən asılı olmayaraq, ən yaxşı boksçu olub.

Xatırladaq ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib və cəzasının üç ilini həbsxanada çəkib.Aprel ayında əfsanəvi boksçu kameralara tuş gələn xoşagəlməz hadisənini iştirakçısı olub...

Ümumiyyətlə, onun adı müxtəlif qalmaqallarda hallanıb, hətta jurnalistə belə əl qaldırıb...

Tayson illər öncəsi müsəlmanlığı qəbul edib, Ümrə ziyarətində də olub.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA