Xəbər veridyimiz kimi, Türkiyə superkuboku ləğv edilib.

Artıq baş verənlərlə bağlı  “Qalatasaray”, “Fənərbaxça” və Türkiyə Futbol Federasiyası birgə bəyanatla çıxış edib.

TEZADLAR.AZ xəbər verir ki, açıqlamada final matçının daha sonrakı vaxta təxirə salındığı bildirilib.

Onlar bəyanatda Futbol Federasiyasına və ev sahibiliyi edən ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür ediblər.

 Xatırladaq ki,  daha öncə "Fenerbahçe" və "Galatasaray" futbol klubları final oyununa çıxmayacaqlarını bildirib.

Türkiyə KİV-nin məlumatına görə, iki komandanın qarşılaşması bu gün TSİ (Türkiyə Saatı ilə) 20:45-də başlanılması gözlənilirdi.

Oyunun başlamasına bir müddət qalmış "Fenerbahçe" və "Galatasaray" futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sulh, cihanda sulh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN