Ağdamın "Qarabağ" klubu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi "Bayer 04" ilə keçiriləcək oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Tezadlar.az "Azərsun Holdinq"in rəsmi saytına istinadla bildirir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib.

Onlardan 21-i A, 1-i B siyahısında yer alıblar.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.

Komandamıza uğurlar diləyirik. İnanırık ki, martın 7-də dahabr ilkə imza atılacaq və bu 8 mart bayramına xanımlarımız üçün ən gözəl hədiyyə olacaq!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN