Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ilkin müayinələrə əsasən, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançının çiynində sınıq olduğu müəyyən edilib.

Bildirilib ki, cüdoçunun sağlamlıq durumu ilə bağlı yekun rəy MRT-dən sonra veriləcək.

Qeyd edək ki, Elcan Hacıyev 1/16 finalda türkiyəli Mixael Zqanka qalib gəlib. Növbəti mərhələdə fransalı Maksim-Qael Hambuya uduzan idmançı turnirlə vidalaşıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN