Məlum olduğu kimi, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İlk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha təntənəli şəkildə və bütün milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Artıq 74 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunub.

Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib.

Sonra konqres müasir tarixdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul edib. Bu olimpiada 1896-cı ildə Afinada keçirilib: on üç ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci Dünya müharibəsi dövrü istisna təşkil edir.

O zaman 1894-cü ildə olimpiya hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı və indi də belə adlanır. BOK-un rəhbərliyi altında 31 yay olimpiya oyunu və 23 qış olimpiadası keçirilib.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunub. Ən çox iştirakçı cəlb etməklə yüngül atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter alıb. Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”.

Xatırladaq ki, Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN