Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.

Eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Pin It

...Bu gün Azərbaycanda prokurorlarımızın günüdür... 

Pin It

İrailin "Hizbullah"ın liderini məhv etməsi aranı bir az da gərginləşdirib...

Pin It

Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.

Pin It

Ermənistanın siyasi və hərbi rəhbərliyi Azərbaycanla sülh danışıqlarına gedir, digər tərəfdən isə orduya xarici hərbi kursantları cəlb edir...

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN