Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub. Bu barədə "Təzadlar" Azərbaycan Müdafiə Nazirliyinə istinadla məlumat verir:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Bəli, düşmən 44 günlük Zəfər müharibəmizdəki ağır məğlubiyyətini həzm edə bilmir deyə, təxribatlara gedir... Amma Ermənistan Müdafiə Nazirliyinin rəsmi etirafına görə, onların itkiləri ikiqatdır, 50-yə yaxın yaralısı, 10 ölüsü və 11 əsir düşəni var...

A.Məmmədli

Pin It

Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.

Pin It

...Ermənistan hərbçilərinin dünən növbəti dəfə Dəmir yumruq yeməsi ölkədə gərginliyi daha da artırıb...

Pin It

1989-cu ildə “Newsweek” jurnalında Azərbaycan xalqı “İlin xalqı” elan olundu

Pin It

...Saakaşvilinin işi artıq Avropalaşır... 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN