...Saakaşvilinin işi artıq Avropalaşır... 

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Saakaşvili Gürcüstana qarşı" işi üzrə 10 noyabr tarixində çıxarılan ara qərarı barəsində rəsmi olaraq məlumat yayıb. Avropa İnsan Hüquqları Məhkəməsinin ara qərarında Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı müvəqqəti tədbir görülməli olduğu qeyd olunub. Məhkəmə həmçinin, Mixeil Saakaşvilini aclıq aksiyasını dayandırmağa səsləyib: "10 noyabr 2021-ci il tarixdə Məhkəmə Reqlamentinin 39-cu maddəsinə uyğun olaraq, ərizəçinin səhhəti haqqında məlumatı məhkəməyə Gürcüstan hökumətinin təqdim etməsi, onun həbsxanada təhlükəsizliyini təmin etmək və aclıqdan sonrakı mərhələ üçün müvafiq tibbi yardım göstərilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, məhkəmə, Mixeil Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb. Məhkəmə həmçinin, tərəflərə iki həftə ərzində (24 noyabr 2021-ci il tarixinədək) bu müvəqqəti tədbirlərlə bağlı arqumentlər təqdim etməyi təklif edib. Məhkəmə sözügedən işə 41-ci Qaydaya əsasən üstünlük verilməsi barədə qərar qəbul edib",-deyə rəsmi məlumatda qeyd olunub.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN