Paşinyan ağıllanıb: «Türkiyə ilə münasibətləri normallaşdırmağa hazıram», -deyir…
…Birindən soruşurlar ki, o qabaqda gedən boğazı zəncirli kimdir, deyir, ağsaqqalımızdır!
…Birindən soruşurlar ki, o qabaqda gedən boğazı zəncirli kimdir, deyir, ağsaqqalımızdır!
Gürcüstan KİV-ləri məlumat yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək. İşgüzar mahiyyətli səfər iki gün davam edəcək. Paşinyan ölkənin Baş naziri İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşəcək. Məlumata əsasən, Gürcüstan hökumətinin administrasiyasında rəsmi qarşılanma mərasimi keçiriləcək. İki ölkənin Baş nazirlərinin görüşü təkbətək və geniş tərkibdə keçiriləcək, bundan sonra İrakli Qaribaşvili və Nikol Paşinyan mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
***
Olsun! Amma çox yaxşı olar ki, Paşinyan yaxın qonşusu Gürcüstandan siyasi tərbiyə qaydalarını da öyrənsin. Məsələn, öyrənsin və riayət etsin ki, Gürcüstanda da yüz minlərlə Azərbaycan türkü yaşayır, özü də uzun bir tarixdir ki, yaşayırlar. Amma onlar heç bir vaxt Gürcüstan hökumətinə təpik atmayıb, badalaq gəlməyib, siyasi dayaqlarını sarsıdan hərəkət etməyib, separatçılığa yol verməyib, muxtariyyət tələb etməyib, dövlət qurmaq istəməyib! Amma təxminən 180 il əvvəl-1828-ci ildə Qarabağa köçürülmüş bir neçə min erməni Azərbaycanlıların sayəsində doğub-tərəyib sayını artırıb, indi olub 30-40 min və indi də bu toplum Azərbaycanın tərkibində özünə dövlət qurmaq istəyir. Bu, nankorluq və siyasi fahişəlikdir!
İnanıram ki, Gürcüstanın həm Prezidenti xanım Salome, həm də baş nazir Qaribaşvili Paşinyana bunları başa salacaq... Və deyəcək ki, ara, abrınız-ismətiniz olsun, bəsdirin yüz illərdir qonşularınızı şantaj edirsiniz...
A.Məmmədli
“Haber Global”ın verdiyi xəbərə görə, Almaniya hökuməti “Sinovac” peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxmayacaq.
Hər il sentyab ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd olunur.
Bu gün unudulmaz sənətkarımız Habil Əliyevin xatirə günüdür