Fransa erməniləri yenə oyun çıxardıb... Belə ki, onlar həşir qoparır ki, Rusiya qazından imtina fonunda Azərbaycan qazına isinmək yolverilməzdir... Gülməli deyilmi?! Yəni, qışda donub ölən fransızlar qaz axtarışındadır ki, xilas olsunlar, bir sürü erməni isə Azərbaycan qazını istəmir... Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli də bu barədə maraqlı status paylaşıb. Sitat: " Fransa erməniləri ayağa qalxıb. “The Coordinating Council of Armenian Organizations of France (CCAF)” 61 Fransa siyasətçisi ilə birlikdə son dərəcə nüfuzlu və gündəlik “Le Monde” qəzetində bəyanat yayıb. Onlar Avropa Birliyinin Azərbaycanla imzaladığı qaz razılaşmasına etiraz edirlər. Deyirlər ki, “Rusiya qazından asılılığı Azərbaycan qazından asılılıqla əvəz etmək olmaz”. 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana yardım məqsədi ilə Qrabağa cihadçıları göndərdiyini vurğulayan bəyanat müəllfləri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen-i Avropa Birliyini zəiflətməkdə ittiham ediblər. Bildiriblər ki, Birlik ölkələrinin rəhbərləri və Avropa Birliyi hökuməti bu razılaşmanın ratifikasiya olunmasına səs verməməlidirlər. Ermənilər və onlardan daha çox erməni olan farnsalı havadarları arzu edirlər ki, Avropa Birliyi tezliklə həyata keçəcək qazla bağlı bu layihədən imtina etsin… Təbii ki, bu, boş söhbətdir. Ancaq bədnam qonşumuz stəkanda fırtına yartmağı da qəhrəmalıq hesab edir…"
Bir sözlə, bir sürü erməni Qarabağda diz çöküb rüsvayçı şəkildə məğlub olmalarını həzm edə bilmirlər və Avropanı qarışdırmaq istəyirlər. Guya! Avropa Azərbaycanı və Türkiyəni özünün ən yaxın tərəfdaşı hesab edir, siyasəti çürük ermənilər isə yaşadıqları ölkələrin başı üzərindən ağlagəlməz, mənasız və gülüş doğuran addımlar atırlar.
A.Məmmədli