Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini “müəyyən razılaşmaları” həyata keçirməyə təşviq etmək üçün ona təsir etmək imkanlı rıçaqları var...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, səfir bu barədə "RBC-Ukrayna"ya müsahibəsində danışıb. Sitat: “Deyə bilərik ki, Ərdoğan müəyyən mənada Putinə təsir edir və nəyi məcbur etmək lazım olduğunu söyləmək yox, onu müəyyən razılaşmaları yerinə yetirməyə stimullaşdırmaq üçün təsir rıçaqlarına malikdir”. O, “taxıl sazişi” üzrə irəliləyişlərə toxunaraq, “Avropa liderlərindən heç birinin də Ərdoğanın əldə etdiyinə nail olmadığını” vurğulayıb. Sitat: “Buna görə də konkret sahələrdə vasitəçilik və ya fasilitator səyləri və danışıqlar, taxıl və ola bilsin ki, ümumi dil tapmaq üçün başqa cəhdlər – bu həm də aktiv türk diplomatiyası ilə bağlıdır”, - Bodnar bildirib.
Səfir etiraf edib ki, Türkiyə müharibənin lap əvvəlindən Ukraynaya kömək etmək üçün hər cür səy göstərən və müəyyən mənada Rusiyanı sülhə sövq edən azsaylı ölkələrdən biridir. "Ancaq onların anlayışına görə, müharibənin dayandırılması hərbi əməliyyatların dayandırılmasıdır. Biz Türkiyə tərəfinə deyirik ki, Rusiya qoşunlarının çıxarılması lazımdır və bu, işğalçı ölkə ilə sonrakı siyasi müzakirələr və ya danışıqlar üçün əsas şərtdir". 

Təəssüflər olsun, Türkiyənin bütün cəhdlərinə baxmayaraq Ukrayna ərazisində işğal niyyətli müharibə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN