Tarix tarix yaradanları heç vaxt unutmur...

Onlardan biri, Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından bu gün 22 il keçir. Tezadlar.az xatırladır ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Onu da qeyd edək ki, Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Bəli, Əbülfəz Elçibəy Azərbaycanın azdlığı və müstəqilliyi yolunda fədakar mübarizlərdən olub. Bütün təqib və təzyiqlərə baxmayaraq bu yolundan dönməzliyi ilə seçilib və tarixdə də elə qalıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN