Bəs Azərbaycanın əmək qanunvericiliyi əmək haqlarının belə yüksək artımına nə deyir???
Son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) rəhbər işçilərlə sıravi neftayıranların əmək haqqı arasındakı inanılmaz fərqlərin olması ictimai fikirdə belə mübahisə doğurmaqdadır. Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı sıravi neftçilərdən daxil olan narazılıqları ümumiləşdirərək özünün sosial şəbəkə hesabında bu barədə maraqlı açıqlamalarla çıxış edib.
«Təzadlar»ın bu və ya digər suallarını cavablandıran M.Qəhrəmanlı başqa bir maraqlı fikirlər də səsləndirdi:
- Məlumat üçün deyim ki, hər bir işçinin, fərqi yoxdur rəhbər heyət olsun, yaxıd sıravi, əmək haqqının yüksək olması müsbət haldır. Lakin bu müsbətin ədalətli olması vacibdir. Necə ola bilər ki, dənizdə-təhlükəli, ağır iş şəraitində ailəsindən iki həftəlik uzaq düşən neftçi ilə onun rəhbərliyinin əmək haqqı arasında 10-12 dəfə fərq olsun?! Ya, sıravi neftçinin də əmək haqqı qaldırılmalıdır ki, bu fərq narahatlıq yaradan olmasın, ya da rəhbər heyətin əmək haqqını dəfələrlə qaldırmaqla ikrah hissi yaradan fərqləri görünməz etmək lazımdır. Qanunvericiliyə gəlincə, işçilərin əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı qanunvericiliklə, kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlə Kabineti tərəfindən müəyyən edilir.
İşçilərin əmək haqqı isə əsasən 3 hissədən ibarətdir: Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
- Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqı 3 hissədən ibarət olsa daha çox tarif (vəzifə) maaşı əsas götürülür. Əmək haqqının tərkibinə daxil olan əlavələr və mükafatlar isə bütün işçilərə şamil olunmur, işçilərin qanunvericiliklə buna hüququ yarandıqda və ya kollektiv müqavilələrlə, əmək müqavilələri ilə, işəgötürənin iradəsi ilə müəyyən edildiyi hallarda ödənilə bilər. Eyni zamanda əmək haqqına əlavələr üzrə ödənişlər də əmək haqqı hesabı ilə deyil, aylıq və ya saatlıq tarif (vəzifə) maaşından hesablanır.
- Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək şəraiti ağır və zərərli olan işlərdə, iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində , gecə saatlarında, normadan artıq işə görə işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) (dəniz əmsalı, gecə saatlarına görə, zərərli iş saatlarına görə, susuzluğa görə v sair) məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
- Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, peşəkarlığına, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
-Bəs SOCAR-ın baş ofisində vəzifə tutanlarla sıravi neftçilər arasındakı əmək haqqı fərqi niyə bu qədər narazılıq yaradıb və müzakirələrə səbəb olub?
-Təşkilatımıza daxil olan şikayət və narazılığı üymumiləşdirərək ədalətçizliyi aydın şəkildə gördük… Mən sosial şəbəkə hesabımda bu barədə mövqeyimi bildirmişdim. Sizə həmin rəhbər işçilərin əmək haqqına olunan əlavə ödənişlər və onların orta aylıq əmək haqqına diqqət yetirin. Siz deyin, ağır dəniz şəraitində çalışan neftçilərin aldığı ilə bu əlavələri müqayisə edəndə ortada halallıq görürsünüz???
Baş ofis aylıq əmək haqqı artım son əmək haqqı
Prezident 6504 100% 13.008
Birinci Vitse-prezident 6180 100% 12.360
Vitse-prezident 6048 100% 12.096
Birinci Vitse-prezidentin müavi. 5747 90% 10.919
Vitse-prezidentin müavini 5625 90% 10688
Vitse-prezidentin müşaviri 4202 80% 3 7774
İqtisadiyyat və Uçot Departamentinin rəisi 6048 90% 11.491
İqtisadiyyat və Uçot Departamentinin
rəis müavini 5625 80% 10.124
İdarə/-Departament və ona bərabər tutulan struktur bölmə rəhbərləri - 5041 - 90% 9578
İdarə/Departament və ona bərabər tutulan struktur bölmə rəhbərlərinin müavinləri-4688 -80% -8438
Katibliyin rəisi 4202 85% 7774
Katibliyin rəisinin müavini 3908 75% 6839
Şöbə rəisi 3502 70% 5953
Şöbə rəisinin müavini 3257 60% 5211
Aparıcı mütəxəssis 2916 40% 4082
Aparıcı mütəxəssis 2434 40% 3408
Bu isə SOCAR-da (qurumlar və vəzifələr üzrə) peşəkarlığa görə aylıq əlavə ödənişin yuxarı hədləri cədvəli
İstehsalat Birlikləri (Azneft, Azəriqaz, «Azərikimya», idarəetmə aparatı)
Hazırki əmək haqq Əlavədən sonra
Baş direktor- 4526 9.052
Baş mühəndis/ (Baş direktorun 1-ci müavini)-4300 8.396
Baş direktorun müavini-4209 7.997
İqtisadiyyat və Uçot Departamentinin rəisi-4209 7.997
İqtisadiyyat və Uçot Departamentinin rəis müavini-3914 7.045
İdarə (/Departament, /Xidmət) rəisi-3 142 5.341
İdarə/ (Departament, /Xidmət) rəisinin müavini- 2922 5.260
Müşavirlər- 3142 5.341
Şöbə rəisi- 2620 4.454
Şöbə rəisinin müavini -2437 3.899
Baş direktorun köməkçisi- 3621 5.800
Aparıcı mütəxəssis- 2183 3.056
Aparıcı mütəxəssis- 1819 2.547
***
Nəhayət, SOCAR strukturuna daxil olan, neft gəlirləri hesabına maliyyələşən «Azərbaycan Neft Təsərrüfatı Jurnalı» işçilərinin də əmək haqqına əlavələr olunub. Bu da cədvəl:
Mövcud əmək haqqı Əlavədən sonrakı əmək haqqı:
Redaktor 4526 8147
Redaktor müavini 4209 7155
Baş mühasib 4209 7155
Baş mühasibin müavini 3914 6262
-Mirvari xanım, bəs SOCAR-ın maliyyələşdirdiyi digər media qrupuna ayrılan vəsaiti nə qədərdir? Yəni, belə bir məlumat və ya fakta maliksinizmi?
-Bu istiqamətdə də araşdırmalarımız gedir, Sizə əlavə məlumat verəcəyəm. Bir daha təkrar edirəm, əmək haqqının yüksək olmasının əleyhinə deyilik. Amma sıravi, zülm ilə, həyatını təhlükəyə ataraq, risq edərək neftçıxarmada can qoymuşların əmək haqqı ilə qoy özlərinin əmək haqqını müqayisə etsinlər. Niyə fəhlə cüzi əmək haqqı almalıdır, amma kabinetdə əyləşən kimlərsə bundan 10 dəfə yüksək məvacib almalıdır???
-Açıqlamalarınız üçün təşəkkür edirik.
«Təzadlar»ın Araşdırma Qrupu