Bəs Azərbaycanın əmək qanunvericiliyi əmək haqlarının belə yüksək artımına nə deyir???

Son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) rəhbər işçilərlə sıravi neftayıranların əmək haqqı arasındakı inanılmaz fərqlərin olması ictimai fikirdə belə mübahisə doğurmaqdadır.  Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı sıravi neftçilərdən daxil olan narazılıqları ümumiləşdirərək özünün sosial şəbəkə hesabında bu barədə maraqlı açıqlamalarla çıxış edib.

«Təzadlar»ın bu və ya digər suallarını cavablandıran M.Qəhrəmanlı başqa bir maraqlı fikirlər də səsləndirdi:

- Məlumat üçün deyim ki, hər bir işçinin, fərqi yoxdur rəhbər heyət olsun, yaxıd sıravi, əmək haqqının yüksək olması müsbət haldır. Lakin bu müsbətin ədalətli olması vacibdir. Necə ola bilər ki, dənizdə-təhlükəli, ağır iş şəraitində ailəsindən iki həftəlik uzaq düşən neftçi ilə onun rəhbərliyinin əmək haqqı arasında 10-12 dəfə fərq olsun?! Ya, sıravi neftçinin də əmək haqqı qaldırılmalıdır ki, bu fərq narahatlıq yaradan olmasın, ya da rəhbər heyətin əmək haqqını dəfələrlə qaldırmaqla ikrah hissi yaradan fərqləri görünməz etmək lazımdır. Qanunvericiliyə gəlincə, işçilərin əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı qanunvericiliklə, kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlə Kabineti tərəfindən müəyyən edilir.

İşçilərin əmək haqqı isə əsasən 3 hissədən ibarətdir: Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

  1. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqı 3 hissədən ibarət olsa daha çox tarif (vəzifə) maaşı əsas götürülür. Əmək haqqının tərkibinə daxil olan əlavələr və mükafatlar isə bütün işçilərə şamil olunmur, işçilərin qanunvericiliklə buna hüququ yarandıqda və ya kollektiv müqavilələrlə, əmək müqavilələri ilə, işəgötürənin iradəsi ilə müəyyən edildiyi hallarda ödənilə bilər. Eyni zamanda əmək haqqına əlavələr üzrə ödənişlər də əmək haqqı hesabı ilə deyil, aylıq və ya saatlıq tarif (vəzifə) maaşından hesablanır.
  2. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək şəraiti ağır və zərərli olan işlərdə, iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində , gecə saatlarında, normadan artıq işə görə işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) (dəniz əmsalı, gecə saatlarına görə, zərərli iş saatlarına görə, susuzluğa görə v sair) məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
  3. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, peşəkarlığına, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

-Bəs SOCAR-ın baş ofisində vəzifə tutanlarla sıravi neftçilər arasındakı əmək haqqı fərqi niyə bu qədər narazılıq yaradıb və müzakirələrə səbəb olub?

-Təşkilatımıza daxil olan şikayət və narazılığı üymumiləşdirərək ədalətçizliyi aydın şəkildə gördük… Mən sosial şəbəkə hesabımda bu barədə mövqeyimi bildirmişdim. Sizə həmin rəhbər işçilərin əmək haqqına olunan əlavə ödənişlər və onların orta aylıq əmək haqqına diqqət yetirin. Siz deyin, ağır dəniz şəraitində çalışan neftçilərin aldığı ilə bu əlavələri müqayisə edəndə ortada halallıq görürsünüz???  

Baş ofis  aylıq əmək haqqı     artım      son əmək haqqı

Prezident  6504                        100%          13.008

Birinci Vitse-prezident 6180 100% 12.360

Vitse-prezident 6048 100% 12.096

Birinci Vitse-prezidentin müavi. 5747 90% 10.919

Vitse-prezidentin müavini 5625 90% 10688

Vitse-prezidentin müşaviri 4202 80% 3 7774

İqtisadiyyat və Uçot Departamentinin rəisi 6048 90% 11.491

İqtisadiyyat və Uçot Departamentinin

rəis müavini  5625  80%   10.124

İdarə/-Departament və ona bərabər tutulan struktur bölmə rəhbərləri -                  5041 - 90%  9578

İdarə/Departament və ona bərabər tutulan struktur bölmə rəhbərlərinin müavinləri-4688 -80% -8438

Katibliyin rəisi 4202 85% 7774

Katibliyin rəisinin müavini 3908 75% 6839

Şöbə rəisi 3502 70% 5953

Şöbə rəisinin müavini 3257 60% 5211

Aparıcı mütəxəssis 2916  40%  4082

Aparıcı mütəxəssis 2434  40%  3408

Bu isə SOCAR-da (qurumlar və vəzifələr üzrə) peşəkarlığa görə aylıq əlavə ödənişin yuxarı hədləri cədvəli

İstehsalat Birlikləri  (Azneft, Azəriqaz, «Azərikimya», idarəetmə aparatı)

Hazırki əmək haqq  Əlavədən sonra

Baş direktor- 4526     9.052

Baş mühəndis/ (Baş direktorun 1-ci müavini)-4300 8.396

Baş direktorun müavini-4209     7.997

İqtisadiyyat və Uçot Departamentinin rəisi-4209 7.997

İqtisadiyyat və Uçot Departamentinin rəis müavini-3914 7.045

İdarə (/Departament, /Xidmət) rəisi-3 142 5.341

İdarə/ (Departament, /Xidmət) rəisinin müavini- 2922 5.260

Müşavirlər- 3142  5.341

Şöbə rəisi- 2620  4.454

Şöbə rəisinin müavini -2437  3.899

Baş direktorun köməkçisi- 3621 5.800

Aparıcı mütəxəssis- 2183 3.056

Aparıcı mütəxəssis- 1819 2.547

***

Nəhayət, SOCAR strukturuna daxil olan, neft gəlirləri hesabına maliyyələşən «Azərbaycan Neft Təsərrüfatı Jurnalı» işçilərinin də əmək haqqına əlavələr olunub. Bu da cədvəl:

Mövcud əmək haqqı  Əlavədən sonrakı əmək haqqı:

Redaktor  4526  8147

Redaktor müavini  4209  7155

Baş mühasib  4209  7155

Baş mühasibin müavini  3914  6262

-Mirvari xanım, bəs SOCAR-ın maliyyələşdirdiyi digər media qrupuna ayrılan vəsaiti nə qədərdir? Yəni, belə bir məlumat və ya fakta maliksinizmi?

-Bu istiqamətdə də araşdırmalarımız gedir, Sizə əlavə məlumat verəcəyəm. Bir daha təkrar edirəm, əmək haqqının yüksək olmasının əleyhinə deyilik. Amma sıravi, zülm ilə, həyatını təhlükəyə ataraq, risq edərək neftçıxarmada can qoymuşların əmək haqqı ilə qoy özlərinin əmək haqqını müqayisə etsinlər. Niyə fəhlə cüzi əmək haqqı almalıdır, amma kabinetdə əyləşən kimlərsə bundan 10 dəfə yüksək məvacib almalıdır???

-Açıqlamalarınız üçün təşəkkür edirik.

«Təzadlar»ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN