22 ildir Milli Məclisdə susan, mediada bircə  yaddaqalan məqaləsi olmayan, seçicisinin tanımadığı deputat Bəxtiyar Sadıqov necə "Şöhrət" ordeni ilə təltif etdirilib?

...Bəxtiyar Sadıqovu media cameəsində tanıyan  varmı? Var, tanıyırlar. Əli Həsənovun Əməkdar jurnalisti, Ramiz Mehdiyevin Ağdam 119 saylı kənd seçki Dairəsindən beşinci Çağırışdır (22 ildir) deputat sırıdığı, "Azərbaycan" qəzetinə baş redaktor təyin etdirdiyi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və «ağsaqqalı» etdiyi… adam kimi. Mən «adam» dedim», Əməkdar jurnalist, tanınmış jurnalist, hansısa xarici mediada bircə cümləsi də olsa çap olunmuş… deputat demədim.

 Onu tanıyanlar həm də onu bilir ki, MŞ-da az qala bütün İH üzvlərini uzun illər Əli Həsənovun hesabına gözüqıpıq edən, nəhayət, özünə var- dövlət və şan-şöhrət toplayan bu adam qəflətən "Şöhrət" Ordeni ilə də təltif edilir... Əcaba, onun şöhrəti hardadır ki, biz görə bilmirik??? Və ən maraqlısı, Ramz Mehdiyev və Əli Həsənov vəzifədən gedən kimi əleyhinə ilk olanlardan idi Bəxtiyar Sadıqov... Əslində, Ramiz Mehdiyev və Əli Həsənovun yetişdirdikləri 20-25 illik "məhsul" idi Bəxtiyar Sadıqov və zəhər-zəqqutun dadmalı idi... 

XXX 

 Məqsədim Bəxtiyarlı-İxtiyarlı "Azərbaycan"ın Ramiz Mehdiyevin tribunasına necə çevrildiyini  genişliyi ilə təqdim etmək deyil. Çünki bu barədə ötən aylarda konktet faktlarla yazı təqdim etmişəm. Bu mövzuya yenə də qayıdacağam. Amma bilin ki, Bəxtiyar da, onun bütün tapşırıqlarını müavini kimi həyata keçirən İxtiyar Hüseynli də... yaxşı bilir ki, indiyədək sürdükləri o bəxtiyar və ixtiyar sahibli günləri bir daha geri qayıdası deyil. Artıq sondur və bunu mən deyirəm. Tezliklə görəcəksiniz!

 Təsəvvür edin, Bəxtiyar Sadıqov tanınmış yazıçımız, 89-90-cı ilərdə Ulu Öndərin yolunda canı-qanı ilə çalışmış (mən canlı şahidiyəm) Əmir Mustafayevin haqqında Ramiz Mehdiyevə donoslar çatdıra-çatdıra onu çərlədib öldürəndən sonra (Əmir Mustafayev ömrünün xəstə çağlarında mənə danışdıqlarını oxuyanda şok keçirəcəksinz) baş redaktor oldu. Və bu redaktorluq hakimiyyətinə gələn kimi Azərbaycanın adlı-sanlı Əməkdar jurnalistləri-professor Qafar Cəbiyevi, Hacı Namiq, Flora Xəlilzadəni, Araz Qurbanov, Xalid Niyazovu... çərlədib-bezdirib qəzetdən uzaqlaşdırdı. Hansı ki, onlar qəzetin siması idilər. Bu gün "Azərbaycan" qəzetinin foyesində Bəxtiyar gələndən dünyasını dəyişmiş neçə-neçə jurnalistin portretləri divardan boylanır... Bəli, Bəxtiyar Sadıqova lazım olan bu idi ki, qəzetdə üstün qələmli jurnalistlər olmasın… Ona İxtiyar Hüseynli kimisi lazım idi. Bu barədə az sonra.  

 Bəxtiyar Sadıqov niyə bir dəfə də olsun Azərbaycanın və onun siyasi rəhbərliyinin-Prezidentin əleyhinə hədyanlar yazan xarici satqınların cavabını verməyib???

 "Azərbaycan" qəzetinin 1997-2010-cu illər arxivini qaldırın, orda ABU rektoru olmuş Elşad Abdullayevin palaz-palaz müəllif məqalələri yayımlanırdı... Az keçdi, barəsində Az. CM-nin bir neçə maddəsi ilə cinayət işi başlanan və Beynəlxalq axtarışa verilən E.Abdullayev ölkədən qaçdı, Azərbaycan Prezidenti və onun ailəsi haqqında çirkin məqalələrin, məlumatların… ruporuna çevrildi. Soruşuram: "Azərbaycan" qəzetinin səhifələrində (lap elə xarici KİV-lərdə) Bəxtiyar Sadıqovun E.Abdullayevə cavablı yazısına, yaxud həyəcan təbilinə rast gəlmisinizmi? Bəlkə Bəxtiyar Sadıqovun sağ əli sayılan İxtiyar Hüseynlinin belə bir məqaləsi var??? Yoxdur. Çünki E.Abdullayevdəki gizli videolarda onun hər məqaləsinə görə kabinetinə girib-çıxanların sifəti aydın görünür… Amma «Azərbaycan» qəzetində Ramiz Mehdiyevi az qala Azərbaycanın Xalq Qəhrəmanı edəcək məqalələrin sayı-hesabı yoxdur... Təsəvvür edin, Prezident İlham Əliyevin haqqında elə təhlilli müəllif yazıları demək olar yoxdur. Bəxtiyarla İxtiyarın maddi imkanı yox idi ki, Azərbaycan haqqında xarici mediada bir neçə məqalə çap etdirsin? Var idi. Bəs nə çatmırdı??? Çatmayan Vətənə və Prezidentə, Ali Baş Komandana olmalı təəssübkeşlik idi. Olsaydı, edərdilər. Niyə mən- heç bir dövlət statusum, Fəxri adım, medalım, «Şöhrət» ordenim… olmadığı halda, 44 günlük Vətən müharibəsi günlərində Avstraliya Parlamentinin «DQR»ı tanıma cəhdini görən kimi lazımi materialları toplayıb-göndərib bu cəhdin qarşısını ala bilirəm, amma 22 ildir deputat edilən, ayda ən azı 10 min manata yaxın  deputat və redaktor maaşı alan(lar) (kənardan gələnləri demirəm) bunu etmirlər? Nəinki etmirlər, Bəxtiyarlı-İxtiyarlı bu komanda, hətta 22 iyul Milli Mətbuat Günündə Ulu Öndər Heydər Əliyevin məqbərəsini ziyarət etməyi belə özünə və işçilərinə rəva görmədi. O, elə bilir ki, bunu siyasi hakimiyyət görmür?! Görür və düşünürəm ki, Bəxtiyarlı-İxtiyarlı günlərin sonudur artıq!

 Bəxtiyarla İxtiyarın «Azərbaycan» qəzetini Prezident İlham Əliyevin deyil, Ramiz Mehdiyevin təbliğat tribunasına çevirmə taktikası…

 …Amma maraqlıdır, Ramiz Mehdiyev vəzifədən çıxarılan kimi, onun haqqında yazılmış tərifnamə məqalələr "Azərbaycan" qəzetinin rəsmi saytından yoxa çıxarıldı. Niyə? Bəli, bu şübhələr dərinliyi gedir. Belə ki, akademik Ramiz Mehdiyevin uzun illər ən çox himayə etdiyi KİV-lərdən biri və birincisi “Azərbaycan” qəzeti və onun baş redaktoru Bəxtiyar Sadıqov olub. Bu yazıda başına “Rəsmi dövlət qəzeti” kimi absurd, bəlkə də savadsız yarlıq yapışdırmış B.Sadıqovun "Azərbaycan" qəzetini onun 25 illik deputat kürsüsündə oturmasının səbəbkarının, ona “Şöhrət” ordeni, Əməkdar jurnalist və s. titullarla bərabər mənzil, ömürlük deputat pensiyası ilə təminat təmin etdirmiş, hörmətə mindirmiş Ramiz Mehdiyevin tribunasına necə çevirdiyinə aydınlıq gətirəcəm. Məsələn, Ramiz Mehdiyev vəzifədən çıxanadək "Azərbaycan" qəzetinin axtarış bölməsinə "Prezident İlham Əliyev" və "Akademik Ramiz Mehdiyev" ifadələri ilə elektron sorğu etsəydiniz, rəsmi xəbərlər istisna olmaqla, ortaya çıxan vəsf-tərif xarakterli məqalələrin mütləq əksəriyyəti Ramiz Mehdiyev barədə olmalıydı! Yəni, dövlətin maliyyələşdirdiyi "Azərabyacan" qəzeti Ramiz Mehdiyevi bu yazıları ilə daha çox vəsf edib-dəstəkləyib, nəinki Dövlət başçısı İlham Əliyevi... Amma indi axtarış etsəniz, çətin ki, həmin məqalələrə rast gələsiniz.

 Bu hələ harasıdır, Bəxtiyar Sadıqovun zəif təfəkkürü ilə tapdığı izi itirmə taktikası isə bu dəfə işə keçmədi. Məsələn, 2018-ci ildə çapdan çıxmış “AKADEMİK RAMİZ MEHDİYEV” (Mehdiyev Ramiz Ənvər oğlu), Biblioqrafiya (BAKI-2018) kitabını vərəqləyin. Bəxtiyar Sadıqovun akademik R.Mehdiyev haqqında yazdığı məqalələrin siyahısını görəcəksiniz. Görün onun Prezident İlham Əliyev, yaxud, Mehriban xanım Əliyeva haqqında bu cür sidq ürəkdən yazılmış məqalələri varmı? Bəxtiyar Sadıqov və onun müavini İxtiyar Hüseynli Ramiz Mehdiyevi peyğəmbər səviyyəsində təsəvvür edərək elə o mərtəbədə də tərifləyirlər.   Biblioqrafiyadakı 1600-ə yaxın məqalə və materiallara istinadlar var ki, onların təxminən 80 faizi “Azərbaycan” qəzetində çap olunub və əksər məqalənin müəllifi də Bəxtiyar Sadıqov və “Azərbaycan” qəzetinin əməkdaşları, ələlxüsus da İxtiyar Hüseynlidir. Belə çıxır ki, Bəxtiyar Sadıqovun işi-gücü Ramiz Mehdiyev haqqında onun Azərbaycanda alternativsiz siyasi xadim olmasını vəsf edən məqalələr yazmaq, onun kitablarını redaktə etmək olub. Belə olan halda, təbii ki, o, 25-ci ildir deputat olduğu Ağdam seçiciləri ilə görüşə vaxt tapa bilməzdi. Ona görə də 22 ildir həmin seçicilər onu əlimyandıda və əliçıraqlı axtarırlar. Hələ onu demirəm ki, bütün seçki kampaniyaları da saxtakarlıqla keçirilib. Çünki Ramiz Mehdiyevin tapşırığı əsasında B.Sadıqovun bu saxta seçki kampaniyalarının biri Azərbaycanda ilk dəfə 2005-ci ildə Konstitutsiya Məhkəməsinin qərarı ilə ləğv edildi. Mənimlə alternativ olan Sadıqov təkrar seçkiyə getməli oldu. Rayonda adam qalmadı üstümə saldırıb yalvarmaya ki, gəl namizədliyini geri götür. Təsəvvür edin, saxtakarlığın həddi belə idi ki, mən öz doğma kəndimdən 20 faiz səs yığıram, Ergi qəsəbəsini və bizim camaatın birinin belə üzünü görməyən Sadıqov isə 77 faiz səs yığır. Nə qədər gülməli!!!

 Bəs Ramiz Mehdiyev haqqında yazılmış bu çoxsaylı məqalələr “Azərbaycan” qəzetinin saytından niyə yoxa çıxarılıb? 

  Bu cinayətdir: qəzetin elektron arxivi məqsədli şəkildə Sadıqov tərəfindən silinib… Ramiz Mehdiyev haqqında 2018-ci ildə tərtib olunmuş “Biblioqrafiya” kitabında yer almış müəllif yazılarını aşağıda təqdim edirəm, görəcəksiniz nə vaş verib: “Biblioqrafiya”da Bəxtiyar Sadıqovun Ramiz Mehdiyevi göylərə qaldıran imzalı məqalələri indi “Azərbaycan” qəzetinin veb-səhifəsində tapılmır. Bu lal-kar deputat Bəxtiyar Sadıqov “Biblioqrafiya”da isə yazır: ““Azərbaycançılıq ideyasının dərk olunması əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni əlaqələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir” söyləyən akademik Ramiz Mehdiyev öz fikirlərində tamamilə haqlıdır... Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir. “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” adlı yeni əsəri onun bu sahədə uğurlu və gərəkli addımlarından biridir. Dünyanı düşündürən və qayğılandıran aktual məsələ ilə bağlı yazılmış bu əsərdə indiyədək ölkəmizdə görülən işlərdən, qarşıdakı vəzifələrdən söhbət açılmaqla yanaşı, belə bir məsuliyyətli məqamda və prosesdə inkişaf strategiyamızın necə olması sualına da dəqiq və aydın cavab verilmişdir.
Bəxtiyar SADIQOV, yazıçı -publisist”.

 Qoy Prezident Administrasiyasının məsul şəxsləri baxıb görsünlər ki, Bəxtiyar Sadıqovun Azərbaycan və seçisiləri qarşısındakı «xidməti» nədən ibarət olub:  

  1. «Azərbaycanın möcüzəsi: [Filosof alim, müasir dövrün mahir tədqiqatçısı, akademik R.Mehdiyevin “Modernləşmə xətti yenə də dündəlikdədir” əsəri haqqında»] /B.Sadıqov //Azərbaycan.- 2008.- 2 iyul.
    2. Fəlsəfə: ali məktəblər üçün dərs vəsaiti /[R. Mehdiyev]; layihənin rəhbəri A.Aslanov; elmi red. Bəxtiyar Əliyev (deputat.Red.); Bakı: Şərq-Qərb, 2010.- 359,
    3. İctimai və humanitar elmlər: zaman kontekstində baxış /Ramiz Ənvər oğlu Mehdiyev; red. Əli Həsənov; burax. məs. Bəxtiyar Sadıqov.- Bakı: [s. n.], 2010.- 413, [1] s.
    ***
    4. Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi /[müəl. İxtiyar Hüseynli (“Azərbaycan” qəzetinin şöbə müdiri və b.]; ideya rəhbəri R.Mehdiyev; red. Ə.Həsənov; burax. məs. Bəxtiyar Sadıqov.- Bakı: [s. n.], 2012.- C.1.
    ***
    5. Azərbaycanda olimpiya hərəkatı: daim yüksəlişdə: İideya rəh. və ön söz. müəl. Ramiz Mehdiyev; [müəl. İxtiyar Hüseynli [və b.]]; red. Əli Həsənov; burax. məsul Bəxtiyar Sadıqov.- [Bakı]: [“Azərbaycan” qəzeti],
    6. «Heydər Əliyev mənim həyatımda» iki cildlik] /tərt. İ.Hüseynli; red. Ə.Həsənov; məsləhətçi və ön söz. müəl. R.Mehdiyev; burax. məsul B.Sadıqov.- “Azərbaycan”;

7.Kitablarda və dövri mətbuatda dərc edilmiş məqalələr: 397. İxtiyar Hüseynli, Milli intibahın konseptual istiqaməti: “XXI əsrdə milli dövlətçilik” kitabı. 2003.- 1 may. Ramiz Mehdiyev- 162.
8. B.Sadıqov. Professor R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabına rəy] /B.Sadıqov //Azərbaycan.- 2003.- 1 3 iyul.
9. Səfərov, S. Çətin və uğurlu quruculuq illəri: [R.Mehdiyevin “XXI əsrdə milli dövlətçilik” əsəri haqqında] /Səttar Səfərov //Azərbaycan.- 2003.- 22 may.B.Sadıqov, «Azərbaycan» qəzeti); 

10. B.Sadıqov:»Dövlətimizin qurucusu: [Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlı elmi əsəri haqqında. / «//Azərbaycan» qəz.- 2003.- 23 oktyabr.
11. Elşad Abdullayev. Tarixi gerçəkliklərə işıq salan fundamental əsər: [Fəlsəfə elmləri doktoru, professor R.Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” kitabı haqqında]. /E.Abdullayev, // «Azərbaycan» qəz..-2006.- 3 avqust.
12. İxtiyar Hüseynli: «Milli intibahın konseptual istiqaməti» /İ.Hüseynli, //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. «Azərbaycan», 133-142.
13. Sadıqov B. Professor R.Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsəri haqqında. /B.Sadıqov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 241-250.
14. Sadıqov B. Qloballaşan dünya sivil mübarizəni qəbul edir: [Ramiz Mehdiyevin “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” əsərinə rəy] /B.Sadıqov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 339-346.
15. Sadıqov B. Müstəqil dövlət quruculuğu prosesini tarixin yaddaşına olduğu kimi yazaq: [R.Mehdiyevin “XXI əsrdə milli dövlətçilik, demokratik inkişaf və müxalifət” əsəri haq-qında] /B.Sadıqov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 167-177.
16. Hüseynli İ. Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı haqqında] /İ.Hüseynli //Azərbay-can.-2007.- 17 aprel; İki sahil.- 2007.- 20 aprel.
17. B.Sadıqov: Fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabını oxuyarkən. /B.Sadıqov // «Azərbaycan».- 2007.- 22 fevral.
18. Hüseynli İ.: Demokratik inkişafın Azərbaycan modeli: Akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haq-qında düşünərkən” kitabı haqqında ] /İ.Hüseynli //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.-Bakı, 2008.-C.2.- S. 92-109. Azərbaycan, 2008
19. Hüseynli, İ. Təhlükə haradan gəlir? Akademik Ramiz Mehdiyevin “Qloballaşma dövründə dövlət və cəmiyyət” əsəri haqqında] /İ.Hüseynli //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-S.1.-S. 484-498.
20. Sadıqov. B. Yeni siyasət: inkişafa doğru: İkicildlik /Ramiz Mehdiyev; buraxıl. məs. və tərt. B.Sadıqov.- Bakı, 2008.- C.2.- 344 s.

21.Sadıqov B. Birləşdirici ideya:sini davam etdirən görkəmli filosof, akademik R.Mehdiyevin tədqiqatları haqqında] /B.Sadıqov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğ-ru.- Bakı, 2008.-C.l.-S. 565-577.
22.. Sadıqov B. Geriyə doğru irəli?: Görəsən, belə paradoksal hal mümkündürmü?: [Qloballaşma dövrü və milli-mənəvi dəyərlər haqqında] /B.Sadıqov, //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-C.l.-S. 467-483.
23. Sadıqov B. Müstəqil Azərbaycanın inkişaf yolu: [Fəlsəfə elmləri doktoru R.Mehdiyevin məqalələri və “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabı haqqında] /B.Sadıqov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-S.1.- S. 87-97.
24. Sadıqov B. Zamanın qeyri-adiliyi görülmüş işlərin miqyası ilə ölçülür: [R.Mehdiyevin 2008-ci il 11 noyabr tarixli “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan-2003-2008: reallığa çevrilən qeyri-adi zaman” məqaləsi haqqında] /B.Sadıqov //Azərbaycan.-2008.- 18 noyabr.
25.Hüseynli İ. Özəl kanalların ictimai tamaşaçısı: Onun milli-mənəvi marağı hər şeydən yüksəkdə dayanır: [Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi haqqında] /İxtiyar Hüseynli //Azərbaycan.- 2009.- 10 noyabr.- S. 8.
26. Hüseynli İ. Demokratik inkişafın Azərbaycan modeli: [görkəmli dövlət xadimi və alim Ramiz Mehdiyevin ilk Mərkəzləşmiş Azərbaycan dövləti olan Səfəvilər dövləti haqda qələmə aldığı fundamental elmi əsərlər - “Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” məqalələri haqqında] /İxtiyar H üseynli //Azərbaycan.- 2013.- 25 iyun.- S. 4, 5.
27. Hüseynli İ. Mənəviyyat manifesti: [Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubile-yindəki çıxışı çərçivəsində] /İxtiyar Hüseynli //Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 5.; Ədalət.- 2014.- 31 oktyabr.- S. 5.
28. Hüseynli İ. Saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə: Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Azərbaycanın tarix elminin son illərdəki ən böyük nailiyyətlərindəndir /İxtiyar Hüseynli //Azərbaycan.- 2014.- 15 oktyabr.- S. 3.
29. Sadıqov B. Cavabları bəlli və məlum olmayan suallar: [akademik Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosunun müxbirinə verdiyi müsahibəyə münasibəti haqqında] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 3 iyun.- S. 8.
30.Sadıqov B. Müstəqilliyin bəhrələri və ya adiləşən qeyri-adiliklər: Dünya nizamını pozan ikili standartlar: [Akade-mik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsəri çərçivəsində] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 10 dekabr.- S. 3-4.
31. Sadıqov, B. Sabahı düşünərkən: [müəllifin akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik kademiyasındakı çıxışına dair fikirləri] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 29 oktyabr.- S. 5»
(Davamı çoxdur)

***
...Göründüyü kimi, Bəxtiyar Sadıqov nəinki “Azərbaycan” qəzetinin səhifələrini, eləcə də bu qəzetdə çalışan və araşdırma, ciddi yazılar hazırlamalı jurnalistini-müavinini belə Ramiz Mehdiyevin barəsində tərifli məqalələr hazırlamağa səfərbər edib. Dövlətə xidmət budursa, daha nə deyək? Jurnalistkaya sayğı budursa, daha sözümüz yoxdur…

Yeri gəlmişkən, bu günlərdə tanınmış saytların birində belə bir hədəfə rast gəldim: «…Mehdiyevin mirzəliyini eləməkdə ad çıxarmış Bəxtiyar Sadıqovun “boz kardinalı” İxtiyar Hüseynli həmişə özünü qəzetin əsil sahibi kimi apararaq dövlət orqanlarını; icra hakimiyyətlərini, nazirlik və komitələri “hesaba” otuzdurmuşdur. “Ramiz Mehdiyevin təzə kitabı çıxıb, kişi məsləhət gördü ki, sizin rayonda təqdimat keçirək, iki səhifə yazı verəcəyik, səhifənin hesabı da bu qədər…”,- Bəxtiyarın İxtiyarının belə telefon zəngləri, “reket”vari hədələri hələ də çoxlarının yadındadır. İndi zaman dəyişilib, artıq o məmurlar yoxdur, dövlət aparatı dövlət qəzetlərində gizlənən “reket”lərin həmləsini zərərsizləşdirib, köhnə bulaqlar quruyub… Bir vaxtlar Əli Həsənovun böyük himayəsi altında olan və abunə maxinasiyaları ilə milyonlar qazandığı dövlət qəzetinin redaksiyasında sağlam ab-havanın olmadığı media cameəsinə yaxşı məlumdur…Yeri gəlmişkən, Ulu öndərin şəxsiyyətinə və xatirəsinə münasibətdə Bəxtiyar Sadıqovun mövqeyi, rəhbərlik etdiyi redaksiyanın mövqeyi ilə yumuşaq desək, heç vaxt üst-üstə düşməyib. Müstəqil Azərbaycan dövlətinin qurucusuna münasibətdə Sadıqovun şəxsiyyətnini ikiləşməsninin isə özünəməxsus tarixi vardır. Belə ki, “Kommunist” qəzetində işləyərkən Moskvanın və onun anti-milli əlaltısı Vəzirovun körüklədiyi Heydər Əliyevə qarşı aparılan qara-piar kampaniyasında Bəxtiyar Sadıqovun da qələmi öz “töhfə”lərini vermişdi, Uöndərin sovet vaxtı Azərbaycanın tərəqqisinə yönəlmiş tarixi fəaliyyətini “durğunluq dövrü” adlandıraraq ləkələməklə məşğul olmuşdur. Başqa bir fraqmanet – elə bu il Milli Mətbuat Günü ölkə mediasına məsuliyyət daşıyan rəsmi şəxslər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən Sadıqov gözə dəymədi. Necə ola bilər ki, dövlət tərəfindən maliyyələşən 4 rəsmi qəzetin üçünün baş redaktoru rəsmi tədbirə qatılır, biri yox? Ölkə mediasının yazdığına görə, B.Sadıqov Fəxri Xiyabana gəlməkdən imtina edibmiş və nümayişkəranə sürətdə gəlməyəcəyini deyib…» və sair.

 Vaxtilə çalışdığım «Azərbaycan» qəzetinin bu günkü məzmun və mahiyyətinə baxanda rəng dəyişikliyindən başqa gözə çarpan nəsə tapa bilmədim. Tərifnamələr baş alıb gedir. Halbuki Bəxtiyar Sadıqovla İxtiyar Hüseynli 44 günlük Zəfər müharibəmizin memarı olan Ali Baş Komandan İlham Əliyevin özünü deyil, onun dünyanı şoka salan hərbi taktikasının incəliklərindən yazmalıdırlar. Yaza bilmirlər, yoxsa yazmaq istəmirlər, bu başqa söhbətin mövzusudur (Bəs niyə Ramiz Mehdiyev haqqında yaza bilirdilər???). Amma onların ikisini də «Təzadlar» qəzetinin səhifələrini diqqətlə izləməyə dəvət edirəm. Çünki şəxsən biz Avstraliyanın tanınmış jurnallarında Prezident İlham Əliyevin müharibə taktikasında mühüm rol oynamış «kukruznik» məsələsi barədə olduqca maraqlı məqaləni Azərbaycan oxucusuna çatdırmışıq. Ki, qoy düşmənin bağrı çatlasın! Mən «düşmən» deyəndə həm də daxilimizdə olan və uğurlarımıza susub lal, kar və kor olan «daxili düşmənləri» nəzərdə tuturam…

***

 Göründüyü kimi, Ramiz Mehdiyevli tərifnamə və göyəqaldırmaların, fetişləşdirmələrin hamısında istinad «Azərbaycan» qəzetidir. Bəs həmin məqalələr niyə indi qəzetin saytından sildirilib??? Sual budur!!!

***

Mövzu yorucu olmasın deyə, burda fasilə edək. Bəxtiyar Sadıqovun Azərbaycan mediasını-jurnalistikanı cəmiyyətdə nüfuzdan salmağa xidmət edən «reket jurnalistika» texnologiyası barədə, eləcə də onun Mətbuat Şurası İH-də hamını necə gözüqıpıq etməsi, faktiki olaraq şuranı kölə vəziyyətinə salıb idarə etməsi barədə isə növbəti yazıda…

Asif MƏRZİLİ,

Avropa Mətbuat Federasiyasının üzvü,

Anadoluyakasithaber.com saytının köşə yazarı

P.S.22 ildir Milli Məclisdə susan, mediada bircə  yaddaqalan məqaləsi olmayan, seçicisinin tanımadığı deputat Bəxtiyar Sadıqov "Şöhrət" ordeni ilə, 25 illik deputatlıqla necə mükafatlandırılıb? Təbii ki, Ramiz Mehdiyevin və Əli Həsənovun sayəsində. Odur ki, onun fəaliyyəti yoxlanılmalı (eləcə də İxtiyar Hüseyinlinin) və imtiyazları ləğv edilməli, «Şöhrət» ordeni əlindən alınmalı, deputatlıqdan geri çağrılmalıdır…Öz Ulu Öndərinə sayğısızlıq edən adamda adamlıq yoxdursa, deməli, onda deputatlıq da ola bilməz, təmiz şan və şöhrət də…

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN