Dünən gecə saatlarında Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlara baxıb.

Tezadlar.az bildirir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlar təmin edilib.

Qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir. Bu məsələ neçə gün idi ki, sosial mediada məlumatlar yayımlanmaqda idi. Əvəz Zeynallı və R.Məmmədovun vəkili Elçin Sadıqov isə bunları təkzib edirdi. Hətta sosial şəbəkə istifadəçilərindən haqqın.az saytının rəhbəri Eynulla Fətullayev Ə,Zeynallının pul almasını təsdiqləyən səs yazısını yayımlamışdı və s. Bu isə sonuncunun sərt tənqidinə səbəb olmuşdu.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN