Kursk polisi uşağın öldüyü qəzanın hansı şəraitdə baş verdiyini araşdırır.
Tezadlar.az xəbər verir ki, qəza Şevelevo kəndində baş verib. Sükan arxasında 40 yaşlı qadının olduğu "Ford" markalı avtomobil yoldan çıxaraq xəndəyə düşüb və ağaca çırpılıb.
“İlkin məlumatlara görə, sürücü idarəetməni itirib”, - Kursk vilayəti üzrə Daxili İşlər Nazirliyi bildirib.
Xarici avtomobilin yeddi yaşlı sərnişini yerindəcə keçinib.
E.ŞİRİNOV