Azərbaycan jurnalistlərinin 8-ci qurultayında çıxış edən millət vəkili Aqil Abbas bu barədə narahatlıqla danışıb...

Qurultayda iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, deputat Aqil Abbas çıxışında maraqlı bir məsələyə toxundu: "...Rəsmi qurum rəhbərlərinə deyirəm ki, niyə 32 ildir çap olunan "Ədalət" qəzetinə abunə olmursunuz? Deyir ki, yuxarıdan tapşırıq var ki, heç bir qəzetə abunə olmayaq... Deyirəm, o yuxarının adı nədir? Niyə qəzetləri bu günə salırlar? Axı qəzet arxivdir, onu gələcəyə qoruyub saxlamaq lazımdır. Axı telefonda hansısa sayta girib yazı oxuyursan, sonra itib gedir. Qəzet isə həmişəlik qalır, onu təkrar yüz dəfə oxuya bilirsən. Elektron media deyirlər, düyməsi Amerikadadır. İstədikləri an düyməni basıb o arxivi yox edə biləcəklər. Qəzeti isə yox... Görünür bəzi məmurlar var ki, saytdan yazı sildirmək onlara çox vacibdir... Mənə də zəng ediblər ki, yazını saytdan silin... Bir dəfə eləmişəm. Amma qəzetdən silmək olmur, 

Ona görə də onlar qəzetləri bu günə salırlar ki, ümumiyyətlə olmasın..."

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN