Azərbaycanda yetərincə fəaliyyəti olmuş bank əmlaklarını satmağa məcbur oldu...

Belə ki, oktyabrın 19-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək. Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb. Elana görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, ümumi sahəsi 259,7 kv.metr olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaka ümumilikdə 1,1 milyon manat qiymət qoyulub.

Bankın daşınmaz əmlakının hərraca çıxarılmasının səbəbi isə hələki dəqiq bəlli deyil. Bir vaxtlar adı çəkilən bankın rəhbərliyinin adı məşhur "MTN generalları" nın cinayət işində keçirdi. Bankın rıhbəri Etibar Əliyev saxlanılmış, Bankın Bakı filialının rəhbəri Zal Yusifov həbs edilmişdi. Həmin cinayət işinin epizodları ötən günlərdə Bakı Hərbi Məhkəməsində tamamlandı...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN