Google şirkətini tanıtmağa lüzum yoxdur. Bu nəhəng şirkəti internetdəki müxtəlif proqram təinatlarının,axtarış sistemlərinin monopolisti hesab etmək olar. Gəlirinin sayı-hesabı milyardlarla ölçülür. Hər birimizin şəxsi məlumatlarına belə malik olan şirkətin işində tez-tez yanlışlıqlara,təhriflərə yol verilir və şirkət zaman-zaman bu səhvlərinə görə küllü miqdarda cərimələr ödəyir.

Keçən gün “Google maps” və “Google Earth” axtarış sistemində Azərbaycanın müəyyən ərazilərinə baxmaq istədim və gördüklərimə inana bilmədim. Əminəm ki, bu mənzərə çoxlarınıza tanışdır. Məsələ belədir ki, bu axtarış sistemlərində ərazilərimizin çoxu erməni dilində göstərilib. Mənə məlumdiur ki, bu əvvəllər də belə olub, ancaq Azərbaycanın tələbinindən sonra şirkət bu erməni adlarını silib. Amma indi belə çıxır ki, Google üçün xahiş yetərli deyil və erməniliyini davam etdirir.

Əvvəla, bütöv bir ölkənin,dövlətin çoğrafi adlarının erməni dilində verilməsi siyasi bir hadisədir və buna qarşı hüquqi müstəvidə qiymət verilməlidir. Ola bilsin ki, mən səhv edirəm və bunun əhəmiyyətsiz bir şey olduğunu düşünürsünüz. Amma belə deyil, bu dövlətimizə, ölkəmizə qarşı bir təxribatdır və bunun qarşısı tez bir zamanda alınmalıdır.Xahişlə, irad bildirməklə yox, məhkəmə yolu ilə. Çünki əvvəllər belə xahişlər çox olub.

Gəlin birlikdə bu şirkətin hansı məbləğdə və nəyə görə cərimələndiyinə bir neçə fakt göstərək:

Fakt 1: Roskomnadzorun mətbuat xidməti xəbər verir ki, Google Rusiyada qadağan olunmuş veb saytlara edilən bağlantıları axtarış nəticələrindən çıxarmadığına görə 3 milyon rubl cərimə ödədi. Şirkətin Rusiyaya ödədiyi bu məbləği rekord bir göstərici hesab etmək olar.Bundan əvvəl, qadağan olunmuş saytların qeydiyyatı ilə bağlı pozuntulara görə Google üç dəfə cəzalandırılmışdı.

Fakt 2: Taganski Rayon Məhkəməsi 17 dekabr 2020-ci il tarixdə Google tərəfindən İnzibati Xətalar Məcəlləsinin 13.40-cı maddəsinin 2.1-ci hissəsininin ("Axtarış sistemi operatorunun təkrar defoltu") pozuntusuna yol verdiyini aşkar etmişdir. Bu maddəyə görə, maksimum cərimə 5 milyon rubldur. Noyabr ayında Roskomnadzor məhkəmənin qərarının icra edilməsinə nəzarət edərək, cərimənin Google tərəfindən ödənilməsinə nail oldu və Google şirkəti də heç bir etiraz bildirmədi.

Fakt 3: Google qadağan olunmuş saytların pozulması siyahısına görə dördüncü dəfə cərimələndi. 2018-ci ilin dekabr ayında qeydiyyata qoşulmaqdan imtina etdiyinə görə, şirkət 500.000 rubl cəzalandırıldı. 2019-cu ilin iyul ayında silinməyən məzmuna görə isə 700.000 rubl cərimə olundu. 2020-ci ilin avqust ayında oxşar bir pozuntuya görə şirkətin axtarış operatoru xidməti1,5 milyon rubl məbləğində cərimələndi.

Fakt 4. Fransa dövləti Google-ni yarım milyarda avro cərimələdi. Bu xəbər də Google-nin cərimə ödəmə siyahılarındadır. Belə ki, Google Fransa KİV-ilərlə bağladığı müqaviləyə görə, şirkət Fransa mediasında gedən məlumatlardan Google News- də istifadə edərsə, bunun müqabilində həmin mətbuat orqanların müəyyən məbləğdə pul vəsaiti ödəməlidir. Fransanın antimonopoliya idarəsi bu məbləğin tam ödənilməmisini aşkar edib və şirkəti yuxarıda qeyd edilən, yəni yarım milyard avro ödəməyə məcbur edib.

 Fakt 5: Avropa Komissiyası Avropa antimonopoliya qanunvericiliyini pozduğuna görə, Google şirkətini 5 milyard dollar cərimə edib. Bu, Google-nin tarixdə ödədiyi ən böyük cərimə olub. Yeri gəlmişkən, son rekord cərimə (2, 4 milyard avro) keçən il yenə də Avropa Komissiyasına ödənilib. Cəriməyə səbəb isə, Google-nin öz məhsullarını Google Shop kataloqunda digər məhsullardan öndə yerləşdirməsi olub.

 İndi bu faktlarla tanış olduqda, təəccüblənməməyə bilmirsən. Adi bir şey  üstündə cərimə tətbiq edilməsini görəndə, bizim bu istiqamətdə susqunluğumuzun səbəbini başa düşə bilmirəm. Dövlətin bütün dünyada rəsmi olaraq tanınan ərazisi təhrif edilir.

Təcili olaraq, bu məsələyə dövlət səviyyəsində ciddi yanaşmalı və ərazilərimizi erməni işğalından azad etdiyimiz kimi, onun təhrif olunmuş şəkildə göstərilməsinə də yol verməməliyik.

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.4)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN