ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə söhbətində Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib.
Tezadlar.az “Avropa həqiqəti”nə istinadla bildirir ki, bu barədə Ağ Evin bəyanatında deyilir. Bildirilir ki, Bayden söhbət zamanı Rusiyanın Kiyev də daxil olmaqla Ukraynaya endirdiyi raket zərbələrini pislədiyini, bu mənasız hücumlar nəticəsində həlak olanların və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib. Sitat: “Prezident Bayden Ukraynanı müdafiə etmək üçün lazım olan dəstəyi, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edəcəyinə söz verib”.
ABŞ prezidenti, həmçinin müttəfiqləri və tərəfdaşları ilə Rusiyaya qarşı sanksiyaları davam etdirmək, Rusiyanı hərbi cinayətləri və vəhşiliklərinə görə məsuliyyətə cəlb etmək, Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərmək üçün davamlı əməkdaşlığını qeyd edib. Rusiyanın havadan raket zərbələri isə davam edir.
A.Məmmədli