Azad Məsiyev: “ABŞ və Qərb  ermənilərin əli ilə  imzalanan sənədin icrasına mane olmaqla Azərbaycan-Rusiya  münasibətlərinin gərginləşməsinə çalışır”

 Erməni silahlı dəstələrinin Şuşada, Naxçıvanda  və Kəlbəcərdə Azərbaycan hərbi qüvvələrinə atəş açması narahatlıq doğurmaya bilməz. Ermənilərin belə davranışları  10 noyabr Bəyanatının tələblərinin pozulması deməkdir. Erməni silahlı qüvvələrinin bu cürə davranışlarının arxasında nələr dayanır? Bu sualla siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyevə müraciət etdik:

-Rusiya prezidentinin təşəbbüsü ilə 10 noyabr Bəyanatı imzalandı, bunun nəticəsində Rusiya  Ermənistan-Azərbaycan arasındakı münqişənin həllini birbaşa öz üzərinə götürdü. Münaqişənin  məsuliyyətini öz zərinə götürən  Rusiya bölgədə həm Ermənistanda, həm də Azərbaycanda olan maraqlarını balanslaşdırmaqdadır. Başda ABŞ olmaqla Qərb dövlətləri beynəlxalq statuslarının  olmasına baxmayaraq, təxminən 30 ilə yaxınlaşan münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədilər. 10 noyabr Bəyanatının imzalanması və bu bəyanatın müddəalarının zaman-zaman icra edilməsi dünya siyasi arenasında ABŞ-ın və Qərbin siyasi nufuzuna  çox böyk təsir etmişdir. ABŞ və Qərb üçün cənubi Qafqazda maraqlarının olmasını gizlətmir, bu sahədə siyasi fəallığını gücləndirməkdədir. ABŞ-ın 2 mindən artıq diplomatik korpusunun Ermənistanda fəallaşması, Fransa prezidenti Emmanuel Makronun Ermənistana nəzərdə tutulan səfəri  bunu deməyə əsas verir. ABŞ və Qərb Cənubi Qafqazda  nüfuzunun artması üçün öncə Rusiyanın bölgədə nüfuzunu zəiflətmək istəyir, bu baxımdan 10 noyabr Bəyanatının müddəlarının həyata keçməsinə mane olunmalı, Ermənistan-Azərbaycan arasında atəşkəsin pozulması vacib amillərdən biri sayılmalıdır. Dediyiniz kimi, erməni silahlı dəstələrinin Şuşada və Kəlbəcərdə, eyni zamanda Azərbaycanın digər bölgələrində hərbi qüvvələrimizə atəş açması buna  nümunədir. Atəşkəsin pozulması kimin maraqlarına uyğundur, buna aydınlıq gətirək. 10 noyabr Bəyanatında həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya öz üzərinə müəyyən öhdəliklər götürüb: -Öhdəliklərdən biri də rus sülhməramlı qüvvələrinin  bölgəyə yerləşdirilməsi ilə paralel olaraq erməni silahlılarının oradan çıxarılması nəzərdə tutulur. Erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərini atəşə tutması Qərbdən gələn təxribatın məntiqi nəticəsidir deməyə əsas verir. Ona görə ki, atəşkəsin pozulması nəticəsində Rusiya sülhməramlı qüvvələrinin vəzifəsini həyata keçirə bilməməsi anlamı yaranmaqdadır. Xüsusilə Qarabağ bölgəsində atəşkəsin ermənilər tərəfindən pozulması  faktının özü Qarabağ ərazisində erməni silahlı qüvvələrinin hələ də qalmasının açıq etirafıdır və 10 noyabr Bəyanatının 4-cü maddəsinin pozulması deməkdir, bu da Rusiyanın sülhməramlı kimi nüfuzunu ciddi şəkildə aşağı salır.

 Ermənilərin məqsədi Azərbaycan ictimaiyyətində anti- Rusiya əhval- ruhiyyəsi yaratmaq, sülhməramlı qüvvələrə etimadın itirilməsi, Azərbaycan tərəfinin isə 10 noyabr bəyanatının pozulmasını əsas gətirərək anti- terror əməliyyatı həyata keçirmək barədə qərarı verməyə məcbur olması deməkdir. Bu barədə kütləvi informasiya vastələrində artıq çağırışlara belə rast gəlinir.  Bundan başqa, Ermənistan rəsmilərinin dilində Zəngəzur dəhlizini açmayacaqlarını açıq şəkildə bəyan etmələri də 10 noyabr bəyanatına ziddir: -Çünki Bəyanatın 9-cu maddəsində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılmalıdır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən həyata keçirilir”.

  Rəsmi İrəvanın isə dəfələrlə Naxçıvanla nəqliyyat əlaqəsini açmayacaqları barədə təxribat xarakterli açıqlamaları 10 noyabr bəyanatından imtina etməsi anlamı yaradır. Erməni təxribatının  nəticəsində Azərbaycan tərəfinin də Laçın koridorunun bağlanması  barədə mətbuatda  çağrışlarına rast gəlinməkdədir.

Təbidir ki, Azərbaycan tərəfi 10 noyabr bəyanatının müddəlarının həyata keçməsində maraqlıdır, bu bəyanatın icra edilməsi, təminat məsuliyyətini Rusiya tərəfi daşıyır. ABŞ və Qərb  ermənilərin əli ilə imzalanan sənədin icrasına mane olmaqla Azərbaycan-Rusiya  münasibətlərinin gərginləşməsini nəzərdə tutublar. Bəzi  siyasətçilər 10 noyabr bəyanatına sehirli çubuq gözündə baxırlar, yəni  30 il işğal altında olan ərazilərdə yaranmış problemlərin bir anda aradan qalxmasını istəyirlər. Unudurlar ki, Cənubi Qafqaz ABŞ-la Rusiyanın maraqlarının toqquşduğu bir bölgədir, bu maraqların mərkəzində Ermənistan-Azərbaycan olmaqla yanaşı, münaqişənin kimin, hansı güclərin nəzarətində həllini tapacağından çox şey asılıdır. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsi böyük güclərin əlində siyasi alətə çevrilib.

Dindlədi: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN