Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ekoloji problemləri müntəzəm işıqlandırdığına görə "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilini xüsusi Diplom və xatirə hədiyyəsi ilə təltif edib.
"Təzadlar" qəzeti təbii sərvətlərimizin qorunması və ekoloji sahədə yeniliklərin ictimai təbliğatçılığı sahəsində materialları nəinki öz səhifələrində, eləcə də Türkiyə və digər Avropa ölkələrinin mediasında müntəzəm olaraq yayımlamaqdadır. Təkcə son 3 ayda erməni vandalizminin qurbanı olan təbii sərvətlərimizin son durumu barədə onlarla belə məlumatlar dünya ictimaiyyətinə çatdırılıb.
Nazirliyin jurnalist Asif Mərziliyə son xatirə hədiyyə-diplomu isə olduqca unikal mahiyyət kəsb edir. Belə ki, jurnalistin anadan olduğu günün hava durumu həmin diplomda ayrıca əks olunub.
Asif Mərzili bizimlə söhbətində nazirliyin rəhbərliyinə bu diqqətə və sürpriz hədiyyəyə görə minnətdarlığını bildirdi: "İlk dəfədir belə sürpriz hədiyyə ilə qarşılaşıram... Hədiyyəni mənə nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə xanım İbrahimova təqdim edəndə çox təsirləndim. Anadan olduğum ilin hava durumu qeyd edilmişdi. Maraqlıdır ki, həmin gün hava durumu sakit və zövq oxşayan olmuşdur... Güman edirəm, heç kim anadan olduğu günün hava durumunu bilmir və nazirliyin bu sürprizi olduqca maraqlıdır, təqdirəlayiqdir."
JASMİN