Nəhayət, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçiriləcək görüşdə Vladimir Putinlə bir sıra məsələləri, o cümlədən Ukraynadakı vəziyyət və Suriyadakı prosesləri müzakirə edəcək.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Türkiyə lideri Rusiya prezidenti ilə söhbətdən əvvəl Belarus rəhbəri Aleksandr Lukaşenko ilə danışmaq niyyətindədir. Sitat: “Prezident Ərdoğanın Putinlə Ukraynadakı son vəziyyəti, Türkiyənin Ukrayna böhranı və taxıl dəhlizi kontekstində sülh səylərini müzakirə edəcəyi gözlənilir. Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə olunacaq”, - telekanal qeyd edib. TV vurğulayıb ki, Ərdoğanın Lukaşenko ilə görüşündə mümkün mövzuları məlum deyil.

 Türkiyə Prezidenti ikitərəfli danışıqlarla yanaşı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin altıncı sammitinin iştirakçıları qarşısında da çıxış etməlidir. Beləliklə, əgər Ərdoğanla Putinin görüşündə anlaşma əldə olunarsa, Ukraynada davam edən müharibəyə son verilə bilər. Zelenski də ötən günlərdə vurğulamışdı ki, o, Putinlə görüşməyə hazırdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN