Bir neçə gündən sonra – iyulun 22-də  Azərbaycan Milli Mətbuatının 146 yaşı tamam olacaq .

Azərbaycanda  həmin gün “Milli Mətbuat və Jurnalistika günü”  kimi qeyd edilir. Milli Mətbuat günü isə Azərbyacan maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də min bir əziyyətlə Bakıda nəşr edilməsinə nail olduğu “Əkinçi” qəzetinin adı ilə bağlıdır. Cəmi 2 il, həm də 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” Milli Mətbuatın gələcək taleyində tramplin oldu.

Hər il bu əlamətdar gün münasibətilə müxtəlif dövlət və özəl təşkilatlar, qurumlar, nazirliklər, cəmiyyətlər...  əməkdaşlıq etdikləri, fəaliyyətlərini işıqlandıran,  qələminə xüsusi simpatiyaları olduqları yazarlara, jurnalistlərə, qəzet və saytlara xüsusi hədiyyələr, diplomlar, mükafatlar təqdim edirlər.

Bu il Milli Mətbuat günü münasibətilə  ilk hədiyyəmizi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) aldıq. Hədiyyə çox orijinal və diqqətçəkici idi.

 Qeyd edək ki, “Təzadlar” qəzetinin və saytının rəhbəri Asif Mərziliyə təqdim edilən hədiyyə  “Fikus Ginseng”  miniatür ağacı ekoloqlarımızın təbiətə olan sevgilərinin təzahürü, bitkilərə, ağacların qorunmasına olan mesajları idi. Avropa qitəsinə Filippin, Malayziya, Cənubi Çin, Hindistan və Şimali Avstraliyanın subtropik meşələrindən gəlmiş bu miniatür ağac növünü nazirlik əməkdaşlarının hədiyyə seçmələri isə, öz peşə fəaliyyətlərinə bağlılıqlarının işarəsi idi. Daha yaxşı mənada təəccüblüsü və orijinalı isə verilən sertifikatın adı və təqdimat mətnində idi:  

“HAVA SERTİFİKATI

ASİF MƏRZİLİ

DOĞUM TARİXİ: 09.01.1960

Həmin gün Ağdamda yağmursuz, tutqun hava qeydə alınmışdır. Havanın maksimal temperaturu  10.0 C, minimal temperaturu 5.0 C olmuşdur. Qərb küləyinin maksimal sürəti saniyədə 7 metrə çatmışdır”.

“HAVA SERTİFİKATI” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi  Umayra xanım Tağıyeva tərəfindən imzalanaraq, ETSN-in mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimova tərəfindən təqdim edilmişdir.

 Bu orijinallığa və diqqətə görə biz də ekoloq və hidrometeoroloqlarımıza dərin təşəkkürümüzü bildiririk.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN