Vladimir Putin İlham Əliyevi və Nikol Paşinyanı Rusiyaya dəvət edib. Rusiya KİV-lərinin yazdığına görə, Moskvada üçtərəfli danışqlar aparılacaq... Araşdırmaçı jurnalist Elbəyi Həsənlinin sosial platformasında bu barədə maraqlı statusu var. Sitat: "...Vladimir Putin Emmanuel Macronun "Rusiya Azərbaycanla Ermənistan arsındakı son hərbi münaqişəni məqsədli şəkildə qızışdırıb" iddiasına daha öncə etiraz etmişdi. O demişdi ki, Rusiya bütün münaqişələrin həllinə səy göstərir, Dağlıq Qarabağ münaqişəsi də bu baxımdan istisna deyil. Təbii ki, cənab Putin öz dediyinə heç özü də inanmır. Hər kəs yaxşı bilir ki, Rusiya münaqişələr yaradaraq həmin münaqişələr üzərindən bu və ya digər ölkəni özündən asılı vəziyyətə salmağa çalışıb. Bu siyasətin Ukrayna, Gürcüstan, Moldova, Dağlıq Qarabağ üzərindən Azərbaycan və Ermənistanda yaratdığı münaqişələrdən hələ də qan damır... Moskva görüşünün vaxtı və yeri barədə məlumat verilmir...".
Bəli, faktdır ki, Brüssel təşəbbüsü ələ alıb. Rusiya getdikcə kənara sıxışdırılır. Rəsmi Moskva Cənubi Qafqazda real söz sahibi olduğunu sübut etmək üçün yenidən hərəkətə keçməyin vacibliyini anlayır. Ancaq o da aydın görünür ki, Rusiyanın təsir dairəsi, təzyiq imkanları əvvəlki ilə müqayisədə xeyli zəifləyib və bu, getdikcə kiçilir. Xüsusən, ABŞ və Fransanın qucaq açdığı Ermənistan Rusiyadan sürətlə uzaqlaşır. Türkiyə-Azərbaycan ittifaqına söykənən rəsmi Bakı isə Türk Dünyasının bir araya gəlməsi üçün ciddi işlər görür.
Ən maraqlısı, Astana görüşündən sonra Putin Ərdoğanla görüş təəssüratı fonunda bildirdi ki, Rusiya Avropaya satılacaq qazını yalnız Türkiyə rezervuarları vasitəsilə edəcək. Bu isə Türkiyə ilə Azərbaycanın nəinki bölgədə, həm də Avropada, dünyada nüfuzunun göstəricisidir...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN