booked.netbooked.net booked.net  

Bu gün oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub...

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Xatırladaq ki, Füzuli beynəlxalq aeroportu isə ötən il açılıb. Laçında isə daha bir aeroportun tikintisi davam edir. Ümumilikdə, Qarabağın Ermənistanın işğalından azad edilmiş ərazilərində beynəlxalq statustlu 3 aeroportunun istifadəyə verilməsi planlaşdırılır... İkisi artıq istifadəyə verilib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN