Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Xalq yazıçısı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) Prezidenti Çingiz Abdullayev qurumun baş ofisində oldu, İdarə Heyətin üzvləri ilə geniş tərkibdə görüş keçirdi...
Sonra "Təzadlar"ın redaksiyasında olan Xalq şairi əməkdaşımıza olduqca maraqlı açıqlama verib. Xalq şairi tədbirdə çıxışı zamanı belə bir ictimai əhəmiyyət daşıyan məsələyə toxunub: «…Azərbaycanın 44 günlük Zəfər qələbəsi təbii ki, o oğulları dünyaya gətirən anaların sayəsində, o oğullarının qəhrəman, vətənpərvər kimi tərbiyəsindən keçib. Elə isə niyə o qəhrəman oğulları dünyaya gətirən analara da «Qəhrəman ana» döş nişanı təqdim olunmasın?! Məsələn, bir zamanlar toylarda qırmızı qərənfillər hər yeri bəzəyərdi, insanlar ad günündə bir-birinə qırmızı qərənfilləri hədiyyə edərdi. 1990-cı ilin məlum 20 yanvar qətliamı olanda isə qərənfillər matəm nişanına çevrildi… Təklif edirəm ki, qərənfil əks olunan döş nişanları buraxılsın və hər bir şəhid anasına təqdim olunsun. Qoy küçədə, mərasimlərdə, ictimai tədbirlərdə hamı şəhid qəhrəmanların analarını tanısın…».
Həqiqətən də, bəzən ictimai yerlərdə yaxası orden və ya medallarla dolu hərbi geyimlilərə rast gəlirik. Halbuki bu təvazökarlıqdan uzaq məsələdir. vətən Müharibəsi və ya Milli Qəhrəmanlar tanıyırıq ki, ictimai yerlərdə o yüksək ordeni daşımağı özlərinə ayıblı, təvazökarlıqdan uzaq bilirlər... Amma ictimai yerlərdə elə hərbi geyimliləri görürük ki, Vətən müharibəsində ən azı 2-3 orden, 6-7 medal olduğu halda, onların sinəsində 20-30 medal görürük... Bu medallar nədir, hardan əldə edilib??? Amma şəhid analarının yalnız qara geyimindən duymaq olar ki, onlar öğuı-övlad itkisi vermiş analardır. Xalq yazıçısı Ç.Abdullayevin təklifi keçərli olarsa, bu daha bir ədalətsizliyin aradan qaldırılması olardı...
A.Məmmədli