Hələ də Parlamentdə kabinetdəyəm. Xeyli məktublarla məşğul oldum, xeyli araşdırılmağa ehtiyacı olan məktubları oxuyub kənara yığdım, 5 dövlət qurumu ilə telefonla danışıb seçici məsələlərini müzakirə etdim, ən azı 6 məsələ həllini tapdı və bir neçəsi də gözlənilir. Sonuncu görüşüm isə saat 23.00-ə təyin olunub. Bu günkü günümüz belə...

...Millət vəkili Razi Nurullayev Parlamentdəki bir günlük fəaliyyətini bu cür təsvir edib.

O, vurğulayıb ki,  lideri olduğu MCP-nin üzvləri ilə görüşə bilmək imkanı olmaması səbəbindən ondan gileylənirlər.

 “Rəhbəri olduğum Milli Cəbhə Partiyasının rəhbər heyətindən tutmuş siravi üzvlərinə qədər narazılıq edirlər ki, səni görə bilmirik. Partiya rəhbərliyinə daxil olan şəxslər də sosial şəbəkələrdən mənə ünvanlanan məktublarla tanış olur və əlaqə saxlayırlar, hüquq şöbəsi şikayətçiləri partiya ofisində qəbul edir və hər cür köməklik göstərir, şikayət məktubu yazır, məhkəməyə gedir, idarələrlə əlaqə saxlayır”, - deyə o, bildirib.

Onun sözlərinə görə, partiyasının bütün üzvləri ölkədə olan narazı şəxslərin sayını azaltmaqla məşğuldur və hərçənd ki, partiya işi bu deyil.

Lakin millət vəkili hazırkı vəziyyətdən narazılıq etməyib və qeyd edib ki, “... Başqa yolumuz da yoxdur. Ölkəyə xidmət etməliyik və edirik!”

Qeyd edək ki, MCP lideri Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib. Razi Nurullayev  MM-in fəal millət vəkillərindəndir və bu fəallığına görə də seçicilərinin rəğbətini qazanmağı bacarıb. Millət vəkili tez-tez seçiciləri ilə görüşür, onların problemləri ilə maraqlanır və çözülməsinə yardım edir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN