Kosovo prezidenti Vyosa Osmani, baş nazir Albin Kurti və parlamentin sədri Qlyauk Konyuftsa bu gün Avropa İttifaqına üzvlük ərizəsini imzalayıblar.

Bu barədə “Evropeyskaya pravda” məlumat yayıb.

Osmani qeyd edib ki, bu gün “tarixi an”dır və Kosovo azadlıq, müstəqillik və demokratiya uğrunda canlarını fəda edənlərin arzusunu həyata keçirməyə və “Avropa İttifaqına daxil olmaq üçün ümumi və sarsılmaz arzumuzu həyata keçirməyə” bir addım daha yaxındır.

Onun sözlərinə görə, Kosovo vətəndaşları üçün Aİ-yə üzv olmaqdan başqa alternativ yoxdur və ölkəsi Aİ-nin bir hissəsi olmağa layiqdir.

Aİ-nin Kosovonun müraciətinə necə baxacağı hələlik məlum deyil, çünki Aİ-nin beş ölkəsi onun müstəqilliyini tanımayıb: İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya.

Serbiya Kosovonun Aİ-yə üzvlük üçün müraciət etmək niyyətinə qəzəblə reaksiya verib və rəsmilər Kosovonu tanımayan beş Aİ ölkəsindən, eləcə də Macarıstandan Brüsseldə təşəbbüsün qarşısını almağı xahiş edəcəklərini bildiriblər.   

***

Xatırladaq ki, Kosova Respublikası Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli olan dövlətdir. Kosovo Balkan yarımadasında yerləşir və dənizə çıxışı yoxdur. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştinanın, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımayıb və Serbiyanın ərazi bütövlüyünü tanıyıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN