Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs də ölüb.
Tezadlar.az Daxili İşlər Nazirliyinin saytına istinadla bildiri ki, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölənlərin sayı 7-yə çatıb. Qeyd edək ki, Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub. Hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Bu dəhşətli qəza bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib və "Mercedes-Vito" markalı mikroavtobusla yük maşını olan TIR toqquşub.
Hadisənin kimin və nəyin günahı üzündən baş verdiyi dəqiqləşdirilir. lakin ilkin ehtimal təmir işləri aparılan yol ilə bağlılığı şübhə doğurmur. Sürücülər isə belə yollarda ötmə qaydalarına maksimum əməl etməlidirlər.
A.Məmmədli