Ermənistanın baş naziri Nikol Paşinyan bu gün dekabrın 15-də hökumətin iclasını Azərbaycanın bir sıra QHT rəhbərlərinin və fəalların Şuşa-Laçın yolundakı etiraz aksiyasına həsr edib. Paşinyan təəccübünü də gizlətməyib: «…Laçın dəhlizində hərəkətin qarşısının alınması ilə bağlı bir sıra dost ölkələrin susması ən azı qəribədir…».
Paşinyan ölkəsinin bu məsələdə çıxılmaz halda olduğunu da gizlətməyib və «…diplomatik xidmət, bütün idarələrin xarici əlaqələr şöbələri, parlament diplomatiyası, iqtidar, müxalifət, ictimai təşkilatlar, diaspor nümayəndələri, xarici əlaqələri olan fiziki və hüquqi şəxslər, sosial şəbəkələrin istifadəçiləri bu işdə əllərindən gələni etməlidirlər…», -deyərək kömək istəyib.
Erməni KİV-ləri də yazır ki, həmişə güvəndikləri, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə sığındıqları Rusiya Federasiyası bu günə qədər yuxarıda bəhs olunan məsələyə rəsmi qiymət verməyib.
Əlbəttə verməyəcək. Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və orada bütün hərəkətlər ölkənin qanunları ilə idarə edilməlidir. Qısası, Rusiyada da yaxşı başa düşürlər ki, başqa ölkənin ərazisində hansısa hərəkətlər yolverilməzdir, bütün addımlar Azərbaycanın razılığı ilə olmalıdır.
Amma Paşinyan Qarabağda apardıqları qanunsuz qazıntılardan və təbiətə vurduqları böyük zərərdən bir kəlmə də danışmayıb. Guya danışsaydı belə, nə dəyişəsəkdi ki?! Ermənistanın siyasi riyakarlığı və qonşularla sülh şəraitində yaşamaq niyyəti dəyişmirsə, daha nə deyəsən…
A.Məmmədli