Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə mərhəmət göstərməyə və onu Ukrayna, istənilən Avropa ölkəsi və ya Amerikadakı klinikaya köçürməyə çağırıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Zelenski dünən axşam xalqa ənənəvi müraciətində belə deyib. Sitat: "Mən indi Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istəyirəm. Yəqin ki, indi hamı Mixail Saakaşvilinin səhhətinin vəziyyətini görə bildi... Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm - biz xüsusilə Miladdan əvvəl mərhəmət göstərməliyik. Mixaillə baş verənlər istehzadır. Bu, Gürcüstana yaraşmaz. Buna son qoyulmalıdır.
Xahiş edirəm onun həyatını xilas edə biləcək bir qərar verin. Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsi Amerikaya köçürün. Bu yaxşı addımı atmağın vaxtıdır”.

Gürcüstan hakimiyyəti isı belə çoxsaylı xahişlərə hələki dirəniş göstərir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN